Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Oyunçular özlərinə gələ bilmirlər, məyusdurlar"

Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Oyunçular özlərinə gələ bilmirlər, məyusdurlar"

"Oyunçularımız dünəndən özlərinə gələ bilmirlər, məyusdurlar".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis çox üzgün olduqlarını bildirib: "Məğlubiyyətə görə təəssüflənirik. Rəqibi yaxşı təhlil etmişdik. Finala vəsiqə qazana biləcəyimizə də əmin idik. Qazaxıstanın uğuruna kölgə salmaq istəmirəm. Komanda ölkənin tanınmış futzalçılarından təşkil olunub. Hətta böyük futbol oynamış bir neçə oyunçu da var. Onlar Meksika və Çexiya kimi dünya çempionatının əsas favoritlərini mübarizədən kənarlaşdırıblar. Həqiqətən layiqli və güclü rəqibdir. Məncə, bizim komanda finala daha layiq idi. Azarkeşlərimiz hansı qol şanslarından yararlana bilmədiyimizi gördülər. Amma alınmadı".

Quliyev bu gün Macarıstana qarşı keçirəcəkləri üçüncü yer uğrunda görüşə də toxunub: "Futbolçuları bu matça kökləməyə çalışırıq. Vətənə medalla qayıtmağa və göstərilən etimadı doğrultmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: Dörd komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
DÇ-2022 Messinin sonuncu mundialı olacaq

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"