Tofiq Musayevin rəqibi: “Azərbaycanlı döyüşçülərə rəğbət bəsləyirəm”

Tofiq Musayevin rəqibi: “Azərbaycanlı döyüşçülərə rəğbət bəsləyirəm”

“Azərbaycanlı döyüşçülərin Yaponiyaya gedərkən üzləşdikləri çətinlikləri indi başa düşürəm. Buna görə də onlara rəğbət bəsləyirəm”.

“Report”un məlumatına görə, bunu Yaponiyanın MMA idmançısı Toji Takeda “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

O, azərbaycanlı Tofiq Musayevlə keçirəcəyi görüşə hazır olduğunu bildirib: “İki gün sonra döyüş olacaq. Hər cəhətdən görüşə hazıram. Rəqibim peşəkar döyüşçüdür. Şansları və potensialı böyükdür. Ancaq mənim də şanslarım var. Necə nəticələnəcəyini isə döyüş göstərəcək. Yapon fanatların istədiyi formada görüş olacaq. Tofiq Musayev qollarından çox istifadə edir, sürətli zərbələr vurur. Bu cəhətdən ona uduzmamağa çalışacağam. O, ən yüksək səviyyələrdə çıxış edir. Əlbəttə ki, mənim üçün böyük problemlər olacaq. Ancaq mənim də güclü tərəflərim var”.

Yaponiya təmsilçisi bir müddət idmandan uzaq düşdüyünü söyləyib: “Sadəcə, istirahət etmək istəyirdim. Mənim üçün qalib gəlmək çox vacib deyil. Əsas odur ki, bu yarışdan həzz alıram. İyundan etibarən də yenidən məşqlərə başlamışam. Hazırkı məqsədim Tofiq Musayev üzərində qələbə qazanmaqdır. Ondan sonra UFC-də döyüşmək istəyirəm. Bu döyüş UFC-yə keçid yolunda önəmlidir”.

İdmançı ilk dəfə ölkəsindən kənarda döyüşəcəyini vurğulayıb: “Həmişə öz ölkəmdə döyüşmüşəm. Bu dəfə Azərbaycanda çıxış edəcəyəm. Əlbəttə ki, çətindir. Saat fərqi, yol yorğunluğu var. Azərbaycanlı döyüşçülər həmişə Yaponiyada olublar, bir dəfə də mən Azərbaycanda döyüşüm”.

Qeyd edək ki, Toji Takeda ilə Tofiq Musayev arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi
Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Dünya çempionatı: İlk gündə Azərbaycanın 3 güləşçisi mübarizə aparacaq

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Bakıda İJF-nin hakimlər üzrə baş direktorunun iştirakı ilə seminar start götürüb

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Fərdi
Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Türkiyəli məşhur idman jurnalisti vəfat edib

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"