“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal qazanıblar

“Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri ikinci gündə 12 medal qazanıblar

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan idmançıları 12 medal qazanıblar.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, 8 ölkədən 14 komandanın iştirakı ilə keçirilən yarışda avarçəkənlərimiz 3 qızıl, 4 gümüş, 5 bürünc medala yiyələniblər.

Bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Sənan Məmmədov ikinci, Cavid Vəlizadə üçüncü yeri tutub.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançıların mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempionluq sevinci yaşayıb. O, ötən gün 1000 metr məsafəyə yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

İki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların yarışında Fuad Məmmədov - Fikrət Həsənov cütlüyü ikinci olub.

İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Qiyas Əhmədov - Riad İsmayılzadə cütlüyü finişə birinci çatıb. Sübhan Həsənov - Rəşad Dadaşov dueti isə bürünc medala yiyələnib.

İki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü oğlanların yarışında Nurəddin Əliyev - Məhəmməd Abdullayev tandemi üçüncü yerin sahibi olub.

Bir nəfərlik kanoe qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü oğlanların çıxışında Sənan Məmmədov “gümüş” əldə edib.

Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılardan Əlimurad Hacızadə finişə üçüncü çatıb.

İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında isə hər üç medala Azərbaycan idmançıları yiyələniblər. Qiyas Əhmədov - Riad İsmayılzadə tandemi çempion olub. Bu, onların gün ərzində ikinci “qızıl”ı olub. Sübhan Həsənovla Rəşad Dadaşovun təşkil etdiyi cütlük gümüş, Emil Zeynalov - Rüfət Həsənzadə cütlüyü isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. İlk gündə avarçəkənlərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Azərbaycanlı karateçi Bakıdakı yarışda çəki probleminə görə iştirak edə bilməyib

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 2 gümüş medal qazanıb