Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarına yekun vurulub

Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarına yekun vurulub

Azərbaycan Güləş Federasiyasının təşkil etdiyi məşqçilərin ümumrespublika seminarına yekun vurulub.

"Report" xəbər verir ki, oktyabrın 17-də Gəncədə startı verilən seminar bu gün Naxçıvanda başa çatıb.

40-a yaxın məşqçi-müəllimin iştirak etdiyi tədbirin nəzəri hissəsində giriş sözüylə çıxış edən Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, o cümlədən Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov qonaqları salamlayıb, Muxtar Respublikada bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü və bu seminarın da böyük faydasının olacağını bildiriblər.

AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev veteranlar arasında dünya çempionatlarının 7 qat medalçısı Rövşən İsmayılxanlını 60 yaşının tamam olması münasibətilə təbrik edib və federasiyanın xatirə hədiyyəsini yubilyara təqdim edib.

Sərbəst güləş üzrə U-20 millisinin məşqçisi Rövşən Hacıyev, l-S kateqoriyalı hakim Sədi Quliyev məşqçiliklə bağlı nəzəri biliklərini diqqətə çatdırıblar və müxtəlif sualları cavablandırıblar. Qərib Əliyev isə öz növbəsində müxtəlif güləş qarşılaşmalarının video icmalının nümayişi fonunda fəndləri qiymətləndirib, epizodları şərh edib.

Seminarın praktiki hissəsində Rövşən Hacıyev fəndlərin icrasının incəliklərini, Sədi Quliyev isə xalçadançıxma, parter və digər vəziyyətlərdə verilən xalları vurğulayıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Avropa çempionatı: Azərbaycanın üç cüdoçusu qələbə ilə başlayıb

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib