"Ulduz" Futbol Akademiyasının təsisçisi: "Bəzi layihələri həyata keçirmək üçün zamana ehtiyac var"

"Ulduz" Futbol Akademiyasının təsisçisi: "Bəzi layihələri həyata keçirmək üçün zamana ehtiyac var"

"Bəzi layihələri həyata keçirmək üçün zamana ehtiyac var".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Ulduz" Futbol Akademiyasının təsisçisi Nazim Süleymanov deyib.

58 yaşlı mütəxəssis Azərbaycanda akademiyaların az olduğunu bildirib: "Nə qədər çox olsa, inkişaf da bir o qədər böyük olacaq. Bu, ölkə futbolunun inkişafına böyük təkandır. Dövlət Proqramı olanda da bölgələrimizdə akademiyalar yaratmalıydıq. Təəssüf ki, olmadı. "Qəbələ" klubunun var, daha əvvəl isə "Bakı"nın akademiyası mövcud idi. Sonra dağıldı".

Süleymanov dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib: "İnanıram ki, gələcəkdə adına uyğun olaraq buradan ulduz futbolçular çıxacaq. Hələlik 4 yaş qrupumuz var. Bu say get-gedə artacaq. Məqsədimiz oyunçular yetişdirməkdir. Uşaqlar məktəbi bitirəndən sonra universitetlərə qəbul olurlar. Çalışacağıq ki, gənc oyunçularımız yaxşı universitetlərə qəbul olsunlar, magistraturada oxusunlar, Avropada oynasınlar. İldən-ilə futbolda yetişən gənc nəsilin zəif təsir bağışlamasının səbəbləri çoxdur. Hər şeyi pillə-pillə etmək lazımdır. Sonra meyvə öz vaxtında yetişəcək".

O, Azərbaycan yığması haqqında da danışıb: "Milli bizimdir. Bu De Byazinin komandası deyil. Kim nəticələrdən razıdır ki? Məncə, zamana ehtiyac var. Gözləyək. Evin təməli möhkəm olsa, həmişə möhkəm dayanacaq. Uşaq futboluna böyük diqqət və qayğı lazımdır. Onların dünyagörüşlərini, həyat tərzlərini dəyişmək lazımdır".

Mütəxəssis oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada "Bayer 04"ün qonağı olacaq "Qarabağ" klubu haqqında da fikirlərini bölüşüb: "Qarabağ" həmişə qalib komandadır. Onlar məğlub olmayıblar. Həmişə bu klubu dəstəkləmişik, bizə sevinc bəxş ediblər. Hər zaman onların yanındayıq".

Hazırda "İrəvan" klubunda baş məşqçi kimi çalışan Süleymanov akademiyadakı vəzifəsinin I Liqa təmsilçisindəki işinə mane olmayacağını vurğulayıb.

Futbol
İngiltərədə ilin futbolçusu açıqlanıb

İngiltərədə ilin futbolçusu açıqlanıb

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Zlatan İbrahimoviç komediya serialına çəkiləcək

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

Futbol
"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

"Beşiktaş"ın sabiq baş məşqçisi Qurban Qurbanovla görüşüb

Futbol
Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Lionel Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

"Sabah"ın futbolçusu Azərbaycan millisində qol hesabını açıb

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb