Premyer Liqa: “Neftçi” “Səbail”in məğlubiyyətsiz oyunlar seriyasına son qoyub

Premyer Liqa: “Neftçi” “Səbail”in məğlubiyyətsiz oyunlar seriyasına son qoyub

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir.

“Report”un məlumatına görə, ilk gündə daha bir oyun keçirilib.

Birinci dövrədə uğurlu nəticələr əldə edən “Səbail” öz meydanında çempionatın iddialı komandalarından “Neftçi” ilə üz-üzə gəlib. Matçda hesabı erkən qolla meydan sahibləri açıblar. 2-ci dəqiqədə David Qomis fərqlənib. Lakin cəmi 10 dəqiqə sonra “status-kvo” bərpa edilib. Azər Əliyevin zərbəsi qarşısıalınmaz olub. “Neftçi” fasilə ərəfəsində önə keçməyi də bacarıb. 45-3-cü dəqiqədə Ataa Caber “ağ-qaralar”ın ikinci qolunun müəllifi olub.

Qarşılaşmanın sonluğu daha drammatik alınıb. Əvvəlcə 79-cu dəqiqədə “Səbail”in ən sərrast oyunçusu Aleksandr Ramalinqom hesabı bərabərləşdirib. Lakin qəsəbə təmsilçisinin sevinci uzun sürməyib. Əvvəlcə 87-ci dəqiqədə Yuri Matias dəqiq baş zərbəsi ilə “Neftçi”ni yenidən önə keçirib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Rəhman Hacıyev qoyub. Onun qolu “Neftçi”yə 4:2 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə xal ehtiyatını 15-ə çatdıran “ağ-qaralar” turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. 6 oyunluq məğlubiyyətsizlik seriyası qırılan “dənizçilər” isə 17 xalla 3-cü sırada qalıblar.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz”la “Qarabağ” qollu (2:2) bərabərə qalıblar. “Kəpəz” – “Zirə”, “Sabah” – “Sumqayıt” matçları oktyabrın 21-də, “Qəbələ”– “Araz-Naxçıvan” görüşü isə 22-də keçiriləcək.

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edib

PSJ Messiyə yeni müqavilə təklif edib

Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol
XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

XXI əsrin təqvim illərində millidə ən çox qol vuran futbolçular açıqlanıb

Futbol
“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu zədələnib