Premyer Liqa: “Səbail” 4 il 8 aydır “Neftçi”yə qalib gələ bilmir - STATİSTİKA

Premyer Liqa: “Səbail” 4 il 8 aydır “Neftçi”yə qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşacaq “Səbail” çempionatda rəqibini sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib.

“QELEBE.AZ”un araşdırmasına görə, “dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəliblər.

Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib. Bu həm də “Səbail”in doğma meydanda güclü rəqibi üzərində ilk və yeganə qalibiyyətidir.

“Səbail” Premyer Liqada mübarizə apardığı 2017-ci ildən bəri 11 dəfə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” son 10 səfər matçının 7-də 3 xal sevinci yaşayıb, 3 dəfə isə heç-heçə ilə kifayətlənib.

“Səbail”lə “Neftçi” çempionatda 25-ci dəfə qarşılaşacaqlar. İndiyə qədər qeydə alınan nəticələrə baxsaq, “Neftçi”nin böyük üstünlüyə malik olduğunu görərik – 17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət. Vurulan qollarda da böyük fərq var. “Ağ-qaralar”ın 51 qoluna rəqib cəmi 14 dəfə qarşılıq verib. Digər diqqət çəkən məqam son 14 duelin hamısında “Neftçi”nin qol vurmasıdır.

Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Messi qol sayında Ronaldonu arxada qoyub

Messi qol sayında Ronaldonu arxada qoyub

Futbol
PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Çempionlar Liqası: "Bavariya" və "Napoli"dən darmadağın, "Barselona" uduzub

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub