ASTA-nın 15 futbolçusu İspaniyadakı akademiyaya yollanıb
Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) 14-15 yaşlı 15 yeniyetmə futbolçusu İspaniyanın "Marcet" akademiyasına yollanıb.
ASTA-dan "QELEBE.AZ"a verilən məlumata görə, qurumun prezidenti Rafael Bunyatov və icraçı direktoru Vəliyulla Bunyatov çıxış edərək yeniyetmələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara qarşıda duran əsas vəzifələri kimi tədris-təlim prosesinə böyük məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
Yola salınan yeniyetmələr artıq akademiyada tədris-təlim prosesinə cəlb olunublar və hətta İspaniya A seriyasının müxtəlif komandalarının futbolçuları ilə yoxlama-sınaq məşqlərində də iştirak ediblər.
Qeyd edək ki, ASTA-nın ölkəyə dəvət etdiyi "Marcet" akademiyasının mütəxəssisləri 2008-2009 təvəllüdlü 15 oyunçunu 51 nəfərlik siyahıdan seçiblər.

https://qelebe.az//uploads/photo/asta-nin-15-futbolchusu-ispaniyadaki-akademiyaya-yollanib.webp











