Federasiyanın baş katibi: "Bəzi həndbolçularımız zədəyə görə bu görüşdə iştirak edə bilmədilər"

Federasiyanın baş katibi: "Bəzi həndbolçularımız zədəyə görə bu görüşdə iştirak edə bilmədilər"

"Bəzi həndbolçularımız zədəyə görə bu görüşdə iştirak edə bilmədilər. Meydançaya zədəli çıxanlar da var idi".

Bunu "Report"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev qadınlardan ibarət millinin səfərdə Şimali Makedoniyaya 17:40 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

Funksioner matçların təqvimindən də şikayətlənib: "Qarşılaşmanın bu vaxta təsadüf etməsi də məğlubiyyətə əsas səbəblərdən biridir. Avropada çempionatlar avqustda start götürüb, bizdə noyabrda başlayacaq. Buna görə həndbolçular tam hazır deyillər. Bir həftə əvvəl avrokubok oyunları da var idi. Yığma üzvlərinin əksəriyyəti "Qarabağ" və "Azəryol" komandalarında çıxış edirlər. İki nəfər isə "Kür"dən cəlb edilib. Oyunçular avrokuboklardan sonra tam bərpa oluna bilməyiblər".

Federasiya rəsmisi oktyabrın 14-də, II turda Bakıda İspaniya millisinə qarşı keçiriləcək matça da toxunub: "Real danışmaq lazımdır. Onlar qrupun lideri olacaq. Bizi çətin qarşılaşma gözləyir. Amma evdə oynadığımız üçün yaxşı çıxış etməyə çalışacağıq".

Baş katib qrupdan çıxmaq üçün mübarizə aparacaqlarını söyləyib: "Şimali Makedoniyanı Bakıda uda bilərik. Həmin ərəfədəki oyunlardan gözləntilərimiz çoxdur. Hər şey ola bilər. Birinci yeri tutmaq çətin məsələdir. İspaniya reytinqə görə ilk "10-luq"dadır. İkinci yer uğrunda Litva və Şimali Makedoniya ilə yanaşı, biz də mübarizə aparacağıq".

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub