"Real"ın futbolçusu Ronaldunun göstəricisini üstələyib
İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellingem Kriştianu Ronaldunun göstəricisini üstələyib.
"QELEBE.AZ"un məlumatına görə, 20 yaşlı vinger buna "Osasuna"ya 4:0 hesabı ilə qalib gəldikləri La Liqanın IX turunun oyununda dubl etməklə nail olub.
İngiltərəli oyunçu "Kral klubu"nun heyətində meydana çıxdığı ilk 10 qarşılaşmada 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in formasını geyinən Ronaldu 2009-cu ildə ilk 10 görüşdə 10 qol vurub və bir məhsuldar ötürmə vermişdi.
Qeyd edək ki, Cud Bellingem yayda Almaniyanın "Borussiya" (Dortmund) komandasından paytaxt təmsilçisinə keçib.

https://qelebe.az//uploads/photo/realin-futbolchusu-ronaldunun-gostericisini-usteleyib.webp











