“Qarabağ”ın İsveç zəfəri – UEFA Avropa Liqasının pley-offuna açılan pəncərə - TƏHLİL

“Qarabağ”ın İsveç zəfəri – UEFA Avropa Liqasının pley-offuna açılan pəncərə - TƏHLİL

“Qarabağ” Azərbaycan futbolunu qitə arenasında uğurla təmsil etməkdə davam edir. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinə fırtına kimi başlayıb. Belə ki, Qurban Qurbanovun komandası yer aldığı H qrupunda keçirdiyi hər iki qarşılaşmanı maksimum nəticə ilə başa vurub. I turda “Molde”ni (Norveç) doğma meydanda 1:0 hesabı ilə üstələyən Azərbaycan çempionu son olaraq səfərdə “Hakken”ə (İsveç) eyni aqibəti yaşadıb.

Arxada qalan iki turdan sonra turnir cədvəlindəki durum azərbaycanlı futbolsevərlərin üzünü güldürməyə bilməz. Belə ki, hesabında 6 xal olan “Qarabağ” yalnız topların fərqinə görə “Bayer 04”dən geri qalır. Bunda da qeyri-adi heç nə yoxdur. Çünki əksəriyyətin fikrincə, Almaniya təmsilçisi qrupun aşkar favoritidir. Digər 3 komanda isə bu turnirin pley-off mərhələsinə ikinci vəsiqə uğrunda mübarizə aparacaqlar. Yəni göründüyü kimi, “köhlən atlar” bu yolda əsas rəqibləri sayılan komandaların hər ikisini ilk duellərdə sıradan çıxarıb. Özü də sərgilədiyi oyunla onlardan üstün olduğunu ortaya qoyub. Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək. Böyük ehtimalla məhz bu qarşılaşmalar qrup ikinciliyi baxımından həlledici olacaq.

Amma bundan öncə “Qarabağ”ı iki çətin sınaq gözləyir. Belə ki, "köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda "Bayer 04" ilə münasibətləri aydınlaşdıracaq. Yaxşı formada olan Almaniya nəhəngi hər nə qədər qarşısıalınmaz görünsə də, “Qarabağ”ı da hesabdan silməyin yeri yoxdur. Ən azı ona görə ki, Qurban Qurbanovun komandası qitəmiqyaslı turnirlərdə “Bayer 04”dən də güclü rəqiblərlə oyun təcrübəsinə malikdir. Bu səbəbdən Azərbaycan çempionunun Leverkuzen təmsilçisinə ciddi müqavimət göstərəcəyinə şübhə etməyə dəyməz. Və bu iki qarşılaşmada qazanılacaq mümkün xallar “Qarabağ”ı Avropa Liqasının pley-off mərhələsinə daha da yaxınlaşdıracaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, “Molde” və “Hakken” də bir-biriləri ilə qarşılaşacaqlar. Xala həsrət qalan və demək olar ki, səviyyəcə bir-birilərinə yaxın olan rəqiblərin öz aralarındakı oyunlarda büdrəmək ehtimalları yetərincə yüksəkdir.

Tarixin səhifələrini vərəqləsək, “Qarabağ”ın ardıcıl 10-cu dəfə qrup mərhələsində mübarizə apardığının şahidi olarıq. Düzdü, bunun yalnız biri daha nüfuzlu yarış sayılan Çempionlar Liqasına təsadüf edib. Komanda 2017/2018 mövsümündə “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və Madrid “Atletiko”su (İspaniya) ilə eyni qrupda mübarizə aparıb. Ağdamlılar 4 oyunda uduzmaqla qrupu 4-cü pillədə başa vursalar da, Madrid nəhəngi ilə hər iki görüşdə heç-heçə etmələri həmin vaxt qitə futbolunun gündəminə böyük sürpriz kimi düşmüşdü. Sözümüzün canı budur ki, “Qarabağ” üçün iddialı rəqiblərlə üz-üzə gəlmək heç də yenilik deyil. Komandanın kifayət qədər təcrübəyə malik olması “Bayer 04” ilə görüşlərdə də işinə yaraya bilər.

Bir vacib məqama da diqqət yetirməyə dəyər. "Qarabağ" 10-cu mövsümdür çıxış etdiyi qrup mərhələsində ilk dəfə ən yaxşı start ilə diqqət çəkib. Belə ki, komanda arxada qalan 9 mövsümdə heç vaxt ilk 2 oyunda yüzfaizlik nəticəyə imza atmayıb. Ağdamlılar 8-ci dəfədi çıxış etdikləri Avropa Liqasında 2 turdan sonra ən yaxşı halda 3 xal toplayıblar. Bu, 2015/16 və 2019/20 mövsümlərinə təsadüf edib. Bütün qrup mərhələlərini göz önünə sərəndə isə ən yaxşı startın Konfrans Liqasında olduğunu görmək mümkündür. Qurban Qurbanovun komandası 2021/22 mövsümündə ilk 2 turdan sonra 4 xala malik idi. Doğma meydanda "Bazel" (İsveçrə) ilə qolsuz bərabərliyə razılaşan təmsilçimiz səfərdə "Omoniya" (Kipr) üzərində böyükhesablı qələbəyə (4:1) sevinmişdi.

Onu da unutmaq lazım deyil ki, hətta qrup üçüncülüyü belə, “Qarabağ”ın qarşısında “yaşıl işıq” yandıracaq. Belə ki, komanda mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanacaq. Bu faktın özü də Azərbaycan çempionunun qrup səddini adlamağa nə qədər yaxın olduğuna işarədir. Bir sözlə, İsveç zəfəri həqiqətən də pley-offa açılan pəncərə rolunu oynayıb. İndi qalır şansdan yararlanmaq ki, Ağdam təmsilçisinin də bu fürsəti boşa verəcəyi inandırıcı görünmür. Ehtimallar özünü doğrultsa, hansı ki, buna inam böyükdür, “köhlən atlar” tarixində üçüncü dəfə qitəmiqyaslı turnirlərin pley-off mərhələsində mübarizə aparacaq.

Futbol
“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

“Qarabağ”ın Avroliqadakı rəqibi Bundesliqada darmadağın olub

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

"Dinamo" Mahir Emrelinin cəzalandırılması ilə bağlı açıqlama yayıb

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Premyer Liqa: "Zirə" "Şamaxı" ilə bacarmayıb

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub