Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Nizami İmranov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
"QELEBE.AZ"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Yaponiya təmsilçisi Yamato Fukudaya uduzub.
Bu gün mübarizəyə qoşulan Aydın Rzayev (66 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva və Xədicə Qədəşova (hər ikisi 52 kq) yarışı medalsız başa vurublar.

https://qelebe.az//uploads/photo/azerbaycan-cudochusu-dunya-chempionatinda-gumush-medal-qazanib.webp











