“Araz-Naxçıvan”ın futbolçusu: “Səbail”lə oyun yadıma düşəndə heyifsilənirəm”

“Araz-Naxçıvan”ın futbolçusu: “Səbail”lə oyun yadıma düşəndə heyifsilənirəm”

“Səbail”ə qalib gəlsəydik, ikinci pilləyə yüksələcəkdik. Yadıma düşəndə heyifsilənirəm”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev “Səbail”ə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının VII turunun oyunu barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən 27 yaşlı hücumçu nəticəyə görə məyus olduğunu bildirib: “Maraqlı qarşılaşma oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, oyun planında yaxşı mənada hər kəsi təəccübləndirir. Oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışırıq. Qol vurmaq üçün epizodlarımız çox oldu. Onların hansısa birindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız görüşdə uduzduq. Futbolun bu tərəfi də var”.

O, məğlubiyyətə görə özünü də günahlandırıb: “Fərqlənmək üçün epizod hər zaman olur. Mən də yaxaladığım qol vəziyyətlərini dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim. Əslində epizodlar zamanı tələsmirdim. Birinci vəziyyət zamanı cərimə meydançasında zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkanda uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur”.

O.Əliyev VIII turda “Zirə” ilə keçiləcək matça da toxunub: “Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. “Zirə” güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi budur. “Neftçi” və ya “Qarabağ”la matçlarda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı çıxışı nəticəyə daşımalıyıq. Çünki xalı oyuna deyil, nəticəyə görə verirlər”.

Premyer Liqanın ilk 7 turunda 3 qol vuran forvard bunun asan başa gəlmədiyini vurğulayıb: “Birinci divizionda da qol vurmaq asan deyildi. Düzdür, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Zirə” oyunu oktyabrın 1-də “Dalğa Arena”da keçiriləcək.

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Dünya çempionatının seçmə mərhələsi: Azərbaycan millisi bu gün ilk oyununu keçirəcək

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəlib

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Portuqaliya millisinin baş məşqçisi istefaya göndəriləcək

Futbol
“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Erlinq Holann Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub