Premyer Liqa: “Qəbələ” 6 ildir “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA

Premyer Liqa: “Qəbələ” 6 ildir “Qarabağ”a qalib gələ bilmir - STATİSTİKA

Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ”ı qəbul edəcək “Qəbələ” çempionat çərçivəsində 6 ildir rəqibinə qalib gələ bilmir.

“Report”un məlumatına görə, “qırmızı-qaralar” sonuncu dəfə 2017-ci ilin oktyabrında, Roman Qriqorçukun rəhbərliyi altında doğma meydanında reallaşan görüşdə minimalhesablı (1:0) qələbə qazanıb.

Həmin vaxtdan bəri baş tutan 20 duelin 16-da hesabına 3 xal yazdıran “Qarabağ” digər 4 qarşılaşmada heç-heçə ilə kifayətlənib.

Bu həm də “Qarabağ”ın “Qəbələ” ilə 30-cu səfər dueli olacaq. Ağdamlılar indiyə qədər təşkil olunan 29 səfər matçının 14-də qələbə sevinci yaşayıblarsa, 7 dəfə xalsız qaydıblar. 8 oyunda isə bərabərlik qeydə alınıb.

Ümumiyyətlə, komandalar iki gün sonra Premyer Liqada 59-cu dəfə üz-üzə gələcəklər. 2006-cı ildə başlayan rəqabət çərçivəsində geridə qalan 58 matçda “Qarabağ” böyük üstünlüyə malikdir. Ağdam təmsilçisi 33 qalibiyyət fonunda 10 dəfə uduzub. 15 qarşılaşma isə “sülh”lə nəticələnib. Bu üstünlük top fərqinə də əksini tapıb. “Qarabağ”ın 93 qoluna “Qəbələ” 44 qolla cavab verib.

Komandalar arasındakı görüşlərdə indiyə qədər 9 dəfə böyükhesablı nəticə qeydə alınıb. Maraqlıdır ki, bunun hamısında üzülən tərəf “Qəbələ” olub. Ağdamlılar altı dəfə 3:0, bir dəfə 4:1, bir dəfə 5:1 hesabı ilə qalib gəliblər. Qurban Qurbanovun kollektivi ən böyükhesablı qələbəsini 2021-ci ilin aprelində gerçəkləşən görüşdə əldə edib. Həmin vaxt Qəbələdəki qarşılaşmada meydan sahibləri 5 cavabsız qolla məğlub olublar.

“Qarabağ” “Qəbələ” ilə çempionatda keçirdiyi son 6 matçın hamısında 3 xal qazanıb. “Qırmızı-qaralar” axırıncı dəfə 2021-ci ilin noyabrında qolsuz bərabərlik sayəsində rəqibindən xal almağı bacarıb.

Qeyd edək ki, sentyabrın 25-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq. Hazırda “Qarabağ” 10 xalla turnir cədvəlinin ikinci, “Qəbələ” isə 4 xalla sonuncu pilləsində qərarlaşıb.

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

“Sabah” “Şamaxı”ya qalib gələ bilməyib

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər