Dünya çempionatı: Eldəniz Əzizli və Rafiq Hüseynov finala yüksəliblər - YENİLƏNİB - 2

Dünya çempionatı: Eldəniz Əzizli və Rafiq Hüseynov finala yüksəliblər - YENİLƏNİB - 2

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.

Daha əvvəl Eldəniz Əzizli finala vəsiqə qazanıb.

18:57

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Puya Dad Marzla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əzizli sabah qızıl medal uğrunda görüşə çıxacaq.

17:19

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.

“QELEBE.AZ”un məlumatına görə, Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.

E.Əzizli və S.Süleymanov bu raundda Qazaxıstan təmsilçilərindən güclü olublar. Onlar müvafiq olaraq Marlan Mukaşev və Demeu Jadrayevə qalib gəliblər. R.Hüseynov isə yarımfinal yolunda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən Aues Qonibovu məğlub edib.

Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.

Fərdi
İlqar Rəhimov: “Parisdəki Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmanının əsl gücünü görəcəyik”

İlqar Rəhimov: “Parisdəki Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmanının əsl gücünü görəcəyik”

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək