Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real" qələbə qazanıb
UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda daha iki oyun keçirilib.
"Report"un məlumatına görə, "Qalatasaray" Türkiyədə Danimarka təmsilçisi "Kopenhagen"i qəbul edib.
A qrupundakı qarşılaşma 2:2 hesabı ilə bitib.
C qrupundakı digər matçda "Real" İspaniyada Almaniyanın "Union” (Berlin) klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

https://qelebe.az//uploads/photo/chempionlar-liqasi-qalatasaray-hech-heche-edib-real-qelebe-qazanib.webp











