Azərbaycan millisinin sabiq futbolçusu: "Qarabağ" "Molde"ni məğlub edə bilər"

Azərbaycan millisinin sabiq futbolçusu: "Qarabağ" "Molde"ni məğlub edə bilər"

"Təmsilçimiz bu qarşılaşmada qələbə qazana bilər. Məncə, elə meydana da qalibiyyət üçün çıxacaqlar".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "Qarabağ"ın Bakıda Norveç "Molde"sinə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu ilə bağlı danışarkən deyib.

44 yaşlı sabiq yarımmüdafiəçi Elitseriya təmsilçisinin Azərbaycan çempionunun "dişinə görə" rəqib olduğunu söyləyib: "Nəzərə almalıyıq ki, "Molde" möhkəm kollektivdir. Amma "Qarabağ"ın avrokubok təcrübəsi də var. Qrupda ən azı ikinci yeri tutmaq istəyiriksə, bu görüşdə mütləq qalib gəlməliyik. Komanda bunu bacara biləcək gücdədir. Onlara uğurlar arzulayıram və qələbə qazanacaqlarına inanıram".

Sultanov "köhlən atlar"ın formasının zirvəsinə çatmaq üzrə olduğunu vurğulayıb: "Mövsümün startında bir az çatışmazlıqlar olur və futbolçular getdikcə öz oyunlarını bərpa edirlər. Komanda hazırlıq dönəmində tam istədiyi oyunu sərgiləyə bilmir. "Qarabağ" həmişə bununla üzləşib. Nə qədər çox matç oynasan, formaya daha tez düşürsən".

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Futbol
AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

AFFA 2022/2023 mövsümünün yenilənmiş hakim siyahısını açıqlayıb

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

Futbol
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb