Avropa Kuboku: "Zəngəzur" yarışı medalsız başa vurub - YENİLƏNİB
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda sonuncu oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə Rumıniyanın “Nova Vita Taqru” kollektivi ilə üz-üzə gəlib.
Rəqibinə 3:4 hesabı ilə uduzan "Zəngəzur" yarışda dördüncü yeri tutub.
“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi yarımfinalda Rumıniyanın “Borussiya Sibiu” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Zəngəzur"un 0:2 hesablı məğlubiyyəti ilə bitib.
Komanda üçüncü yer uğrunda görüşə çıxacaq.

https://qelebe.az//uploads/photo/avropa-kuboku-zengezur-yarishi-medalsiz-basha-vurub-yenilenib.webp











