Azərbaycan millisinin baş məşqçisi: "Elit mərhələyə vəsiqə qazanacağımıza inanıram"

Azərbaycan millisinin baş məşqçisi: "Elit mərhələyə vəsiqə qazanacağımıza inanıram"

"Avropa çempionatının seçmə mərhələsində ilk iki yerdən birini tutub elit-raunda vəsiqə qazanacağımıza inanıram".

Bunu "QELEBE.AZ"a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

41 yaşlı mütəxəssis hədəflərinin böyük olduğunu bildirib: "Hər insanın hədəfi olmalıdır. Əgər yoxdursa, heç vaxt böyük nailiyyətlər əldə edə bilməyəcək. Mən və komandam qarşımıza məqsəd qoymuşuq. Əlimizdən gələnin ən yaxşısını edib qrupdan çıxmaq istəyirik".

Nəbiyev seçim imkanların geniş olmadığını söyləyib: "U-19 liqasında 11 kollektiv var. Əvəzedicilərin çempionatında isə hər komandadan 1-2 futbolçu tapa bilirik. Bu, bəhanə deyil, reallıqdır. Oyunçularımızın daha böyük liqalarda çıxış etməsini biz də istəyirik. Bütün bunlara baxmayaraq, seçmə mərhələdə uğurlu nəticə qazanmağa və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Milliyə baş məşqçi təyin olunmuşuqsa, bunu etməliyik. Bizə burada etimad göstərilib. Çətin qrupda yer almışıq. Lüksemburq 4-cü səbətdən gəlsə də, bu komanda U-17-lərin turnirində Norveç və Belçikanın yer aldığı qrupda lider oldu və elit-raundda ingilislərə qalib gəldi. Amma mən də oyunçularıma güvənirəm. Çünki potensialları var və futbol oynamağı bacarırlar. Bir az beynəlxaq təcrübəmiz azdır".

Baş məşqçi növbəti ayda da təlim-məşq toplanışı təşkil olunacağını diqqətə çatdırıb: "Daha sonra rəsmi görüşlərə köklənəcəyik. U-17 dönəmində Avropa çempionatının seçmə mərhələsinin oyunlarına gedərkən bir neçə futbolçumuz koronavirusa yoluxmuşdu və bizi turnirə buraxmadılar. Daha çox hazırlıq matçları keçirmək istəyirik, amma bu rəsmi qarşılaşmalardan fərqli olur".

O, son olaraq Albaniyanın müvafiq yaş qruplarından ibarət komandasına qarşı keçirdikləri yoldaşlıq görüşləri barədə danışıb: "Hazırlıq matçında nəticə o qədər də önəmli deyil. Bir az sıxıntılarımız var. Bəzi futbolçularımız hərbi xidmətə yollanıblar. Onların yerini doldurmaq üçün başqa oyunçular dəvət etdik ki, bu matçlarda necə oynadıqlarını görək. Çünki vaxtımız azdır. Avropa çempionatının seçmə mərhələsinə iki aydan az vaxt qalıb. Dəvət etdiyimiz yeni futbolçuları da yoxlaya bildik. Narazı qaldığım məqamlar razı qaldıqlarımdan daha çoxdur. Çünki ilk qarşılaşmada məğlub olsaq da, daha keyfiyyətli oyun sərgiləmişdik. İkinci görüş tam olaraq üstünlüyümüz şəraitində keçdi. Həmin qarşılaşmada uşaqlardan istədiyimizi aldıq. Yalnız fiziki durumlarında böyük problemlər var. Bəzilərini I Liqadan dəvət etmişik, orada da çempionat yeni başlayır. Hətta II Liqadan da dəvət etdiklərimiz var. Demək olar ki, tam formada deyillər. Ən böyük problemlərdən biri də matçlarda son nöqtəni qoya bilməmələridir. İkinci görüşdə saysız-hesabsız imkanları qola çevirə bilmədik. Bu da təcrübəsizliklə əlaqədardır. Ümumilikdə razı qaldığım tərəflər də var. Bu komanda ilə iki ildən çoxdur ki, birlikdəyik və onlarla yaxşı nəticə qazanacağımıza inanırıq".

Qeyd edək ki, ilk yoxlama oyununda Albaniyaya 0:2 hesabı ilə uduzan U-19 ikinci matçda qolsuz heç-heçəyə razılaşıb. Komanda Avropa çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina, Niderland və Lüksemburqla üz-üzə gələcək. Qarşılaşmalar noyabrda gerçəkləşəcək.

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Futbol
"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

"Beşiktaş" yeni baş məşqçisini açıqlayıb

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Futbol
DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Qətər dünya çempionatından sonra Asiya Kubokuna da ev sahibliyi edəcək

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb