Rizvan Fərzəliyev: "Çempionlar Liqasında təşkilatçılıq sıfıra bərabər idi"

Rizvan Fərzəliyev: "Çempionlar Liqasında təşkilatçılıq sıfıra bərabər idi"

"Çox bərbad yarış oldu, təşkilatçılıq sıfıra bərabər idi".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə "Birbaşa Bakı"nın üzvü Rizvan Fərzəliyev Rumıniyanın Oradea şəhərində keçirilmiş Çempionlar Liqası barədə danışarkən deyib.

O, təşkilatçılar tərəfindən lazımsız qərarların verildiyini bildirib: "Hakimlər də zəif təsir bağışlayırdılar. Bir gündə iki matç oynayırdıq, üç dəfə meydana çıxan komanda da oldu. Bu, heç bir məntiqə uyğun deyil və belə reqlament heç yerdə yoxdur. Rumıniya tərəfi nəyə əsasən belə etdi, bilmədik. Suallar da verdik, açıqlama vermədilər. İnsan robot deyil ki, səhər, günorta və axşam oynasın. Hamısı da vacib matçlar idi. İstirahət, yuxu və digər görüşlərə köklənmək də önəmlidir. Bir gündə iki matç da çoxdur. Bütün bunlar çox təsir etdi. Bir sözlə, reqlament ürəyimizcə olmadı".

Fərzəliyev meydançanın ölçüsündə də problem olduğunu söyləyib: "Həmin şəhərə yaxın olan klublar da var idi. Bizim isə oraya çatmağımız üçün təxminən bir gün lazım gəldi. Tez bir zamanda mühitə uyğunlaşmaq mümkün deyil. Daha əvvəl meydança ilə bağlı bizə tam fərqli ölçü göndərmişdilər. Orada futzal meydançasının ölçüsünü gördük və şoka düşdük. Əvvəl uzunluğunun 48, eninin isə 26 metr olacağı deyilmişdi. Birdən-birə uzunluğu 40, eni 22 metr olan stadionda oynamalı olduq. Bu, heç bir reqlamentə uyğun deyil. Sadəcə, Rumıniyaya çatdığımız gün bunu gördük".

Futzal millisinin sabiq üzvü qrupdakı bütün görüşlərdə qələbə qazandıqlarını və növbəti mərhələdə Ukraynanın “Andezit” kollektivinə qalib gəldiklərini xatırladıb: "Ardınca Çempionlar Liqasının son qalıbi, meydan sahibləri AEK ilə üz-üzə gəldik. 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşdıq. Reqlament ürəyimizcə deyildi. Qrupdakı bütün görüşlərdə qələbə qazandıq. Sonra ardıcıl olaraq güclü kollektivlərlə görüşmək məntiqə uyğun deyildi. Amma hədəf çempionluqdursa, bütün rəqiblərə qalib gəlməlisən. Sadəcə, ötən il bu rəqibi 4 cavabsız qolla məğlub etmişdik. Onlar da bizim kimi heyətlərini gücləndirmişdilər. Sadəcə, sonda uduzan tərəf biz olduq".

Futbol
Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Canni De Byazi: "Oyunçu dəyişikliklərindən sonra istədiyimiz alındı"

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

ASCO "Səbail” Futbol Klubunun legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

"Sumqayıt"ın kapitanı: "İndiyədək qələbəsiz qalmağımızın səbəbkarı futbolçular idi"

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib