"Qarabağ"ın 83 yaşlı rəqibi: İlk çempionluğunu yaşayan və qruplarda debüt edən komanda

"Qarabağ"ın 83 yaşlı rəqibi: İlk çempionluğunu yaşayan və qruplarda debüt edən komanda

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsveçin "Hakken" klubu 1940-cı ildə yaradılıb.

"Report" xatırladır ki, daha əvvəl aşağı liqalarda mübarizə aparan komanda 1983-cü ildə Allsvenskanda (əsas çempionat) debüt edib. 2006-cı ildə Superettana (ikinci liqa) düşən "Hakken" 2008-ci ildə toparlanaraq yenidən yüksək dəstəyə qayıdıb.

Höteborq təmsilçisi ev oyunlarını 6 500 azarkeş tutumuna malik "Bravida Arena"da keçirir. Klubun hazırkı prezidenti Anders Billstrom, baş məşqçisi isə norveçli Per-Matias Xyoqmodur.

"Hakken" 14-15 yaşlı gənclərdən ibarət qrup tərəfindən qurulub. Liqada mübarizə aparmaq istəyən oyunçular ilk olaraq Höteborq Futbol Assosiasiyasına, daha sonra yerli federasiyaya müraciət ediblər. Komanda üç il yalnız gənclər arasında çempionatlara qatılıb, 1943-cü ildən isə liqa sisteminə keçid edib.

Klub Allsvenskanda yeganə çempionluğunu ötən il əldə edib. "Qarabağ"ın rəqibi 2012-ci ildə buna yaxın olsa da, 59 xalla çempion olan "Elfsborq"dan 2 xal az toplayaraq gümüş medalla kifayətlənib. Buna baxmayaraq, "Hakken" ölkə kubokunun üçqat qalibidir. "Sarı-qaralar" 2015/2016, 2018/2019 və 2022/2023 mövsümündə titula sahib çıxıblar.

Ölkə çempionu cari mövsüm tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb. Komanda daha əvvəl yalnız iki dəfə UEFA Avropa Liqasında III təsnifat mərhələsinə qədər irəliləyə bilmişdi.

İslandiyalı Valgeir Lunddal, tunisli Amor Layouni və Ali Youssef, isveçli Samuel Qustafson, yamaykalı Bler Turqott və zambiyalı Edvard Çilufya ölkələrinin milli komandalarında çıxış edirlər. "Hakken"in heyətinin “transfermarkt” portalında ümumi dəyəri 23,25 milyon avrodur. Bu isə İsveçdə "Malmö"dən (30,65 milyon avro) sonra ən yaxşı ikinci göstəricidir.

Qeyd edək ki, "Qarabağ" bu rəqiblə ilk matçını oktyabrın 5-də, II turda səfərdə keçirəcək. Sonuncu - VI turun qarşılaşması isə dekabrın 14-də Bakıda reallaşacaq.

Futbol
DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

Futbol
Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

"Araz-Naxçıvan"ın futzalçısı: "Sürprizə imkan verməməliyik"

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Azərbaycan Premyer Liqasının daha bir klubu Türkiyəyə yollanıb

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"