Ronaldu: “Təkmilləşməyə davam edirik”

Ronaldu: “Təkmilləşməyə davam edirik”

"Təkmilləşməyə davam edirik".

“QELEBE.AZ” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Krallığın V turunun “Əl-Həzm”lə oyununda (5:1) qazandığı qələbəni şərh edərkən sosial şəbəkə hesabında yazıb.

“Daha bir möhtəşəm komanda performansı! Biz təkmilləşməyə davam edirik. 850 karyera qolu və hələ bitməyib”, - Ronaldu X sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, bu görüşdə portuqaliyalı bir qol vurub və iki məhsuldar ötürmə edib. Bu, Ronaldunun karyerasında 850-ci qol olub.

Bundan əvvəl Ronaldunun milli liqalarda 517 qol vuraraq yeni dünya rekordu vurduğu bildirilirdi.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real Madrid” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Futbolçu həmçinin İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində hücumçu 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından "Əl Nəsr"də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.

Futbol
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib