Ronaldu karyerasının 850-ci qolunu vurub

Ronaldu karyerasının 850-ci qolunu vurub

Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi oyunlarda karyerasının 850-ci qolunu vurub.

"QELEBE.AZ" xəbər verir ki, hücumçu yubiley topunu "Əl-Həzm"lə səfər oyununda vurub. Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında beşinci turun görüşü 1:5 hesabı ilə başa çatıb.

Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur. Siyahıda ikinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi (818) tutur.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real Madrid” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Futbolçu həmçinin İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində hücumçu 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından "Əl Nəsr"də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Futbol
Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

Futbol
Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Premyer Liqa: "Sabah" "Şamaxı"nı məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol
Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Mirabdulla Abbasov: "Neftçi"yə qalib gəlmək istəyirik"

Futbol
Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Azərbaycanda mövsümün ilk yarısında ən çox oyun idarə etmiş futbol hakimləri - ARAŞDIRMA

Futbol
Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib