Baş məşqçi: "Parataekvandoçularımızın uğurları Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır"

Baş məşqçi: "Parataekvandoçularımızın uğurları Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır"

Bu ilin avqustunda Avropa paralimpiya çempionatı, açıq dünya çağırış yarışı və Qran-pridə parataekvandoçularımızın qazandığı uğurlar gələn il baş tutacaq Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Bunu "Report"a beynəlxalq yarışlarda uğurla çıxış edən parataekvondo üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə deyib.

Mütəxəssis bildirib ki, avqustda keçirilən beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız dünya reytinqində ilk sıralarda qərarlaşıblar:

"İmaməddin Xəlilov (70 kq, K-44) dünya reytinq sıralamasında ikinci, Sabir Zeynalov (58 kq, K44) üçüncü, Əbülfəz Abuzərli (80 kq, K-44) altıncı, Röyalə Fətəliyeva (52 kq, K44) isə səkkizinci yerdədir".

Qeyd edək ki, parataekvondoçularımız 14-16 avqust tarixlərində Niderlandın Rotterdam şəhərindəki Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında komandamız 1 qızıl, 1 bürünc medala sahib çıxıb. Fransanın paytaxtı Parisdə baş tutan parataekvondo üzrə Qran-pridə isə 3 bürünc medalla kifayətləniblər.

Fərdi
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Avropa Kuboku: Azərbaycan komandalarının növbəti görüş üçün heyətləri bəlli olub

Fərdi
Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub