“Qarabağ” tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq - ARAŞDIRMA

“Qarabağ” tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq - ARAŞDIRMA

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə cavab oyununda üz-üzə gələcək.

“QELEBE.AZ”un araşdırmasına görə, Ağdam təmsilçisi tarixində 22-ci dəfə cavab görüşünə ilk matçda əldə etdiyi üstünlüklə çıxacaq.

Azərbaycan çempionu ötən həftə rəqibini Lyublyanada 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” bunadək 21 dəfə qrupa qədər keçirdiyi təsnifat və pley-off duellərinin birinci sınağından qalibiyyətlə ayrılıb. Təmsilçimiz bunun 19-da mərhələni adlamağı bacarıb.

Komanda Çempionlar Liqasında 10, Avropa Liqasında 9, İntertoto Kuboku və Konfrans Liqasında isə 1 dəfə cütün ilk oyununda qələbə qazanıb. Bunların revanşında isə 11 qələbə, 6 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.

“Qarabağ” indiyə qədər yalnız iki dəfə mərhələni adlaya bilməyib. Hər iki xoşagəlməz hadisə Çempionlar Liqasına təsadüf edib. 2014/2015 mövsümündə “Zaltsburq” (Avstriya), 2019/2020-də isə APOEL (Kipr) birinci matçda qeydə alınan 1:2 hesablı məğlubiyyətin əvəzini cavab qarşılaşmasında 2:0-lıq üstünlüklə çıxıblar. Ağdamlılar cavab görüşündə uduzduqları digər iki dueldə səfər qolu üstünlüyü ilə mərhələ adlayıblar.

Azərbaycan komandası “Olimpiya” ilə matça qədər 1996-cı ildən mübarizə apardığı avrokubokların 11 duelində səfərdə keçirdiyi ilk oyundan qalib dönüb. Həmin rəqiblərlə Bakıdakı cavab görüşlərində 7 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınıb. Yalnız 2019/2020 mövsümündə Kipr APOEL-i paytaxtımızdakı qarşılaşmada iki cavabsız qol sayəsində cütün taleyini xeyrinə dəyişməyi bacarıb. 1999-cu ildə İntertoto Kubokunda İsrailin “Makkabi” (Hayfa) klubu Bakıda 1:0 hesablı qələbə qazansa da, səfər qolu “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.

“Qarabağ”ın ilk dueldə qələbə qazandığı avrokubok oyunları:

İntertoto Kuboku (1999). “Makkabi” (Hayfa, İsrail) - 2:1 (səfərdə), 0:1 (evdə)

Avropa Liqası (2009/2010). “Honka” (Finlandiya) - 1:0 (s), 2:1 (e)

Avropa Liqası (2010/2011). “Metallurq” (Şimali Makedoniya) - 4:1 (e), 1:1 (s)

Avropa Liqası (2010/2011). “Portadaun” (Şimali İrlandiya) - 2:1 (s), 1:1 (e)

Avropa Liqası (2010/2011). “Visla” (Polşa) - 1:0 (s), 3:2 (e)

Avropa Liqası (2011/2012). “Banqa” (Litva) - 4:0 (s), 3:0 (e)

Avropa Liqası (2013/2014). “Metallurq” (Şimali Makedoniya) - 1:0 (s), 1:0 (e)

Avropa Liqası (2013/2014). “Pyast” (Polşa) - 2:1 (e), 2:2 (s)

Avropa Liqası (2013/2014). “Gefle” (İsveç) - 1:0 (e), 2:0 (s)

Çempionlar Liqası (2014/2015). “Valletta” (Malta) - 1:0 (s), 4:0 (e)

Çempionlar Liqası (2014/2015). “Zaltsburq” (Avstriya) - 2:1 (e), 0:2 (s)

Avropa Liqası (2015/2016). “Yanq Boyz” (İsveçrə) - 1:0 (s), 3:0 (e)

Çempionlar Liqası (2016/2017). “Düdelanj” (Lüksemburq) - 2:0 (e), 1:1 (s)

Çempionlar Liqası (2017/2018). “Samtrediya” (Gürcüstan) - 5:0 (e), 1:0 (s)

Çempionlar Liqası (2017/2018). “Kopenhagen” (Danimarka) - 1:0 (e), 1:2 (s)

Çempionlar Liqası (2018/2019). “Olimpiya” (Sloveniya) - 1:0 (s), 0:0 (e)

Çempionlar Liqası (2019/2020). APOEL (Kipr) - 2:1 (s), 0:2 (e)

Konfrans Liqası (2021/2022). “Aberdin” (Şotlandiya) - 1:0 (e), 3:1 (s)

Çempionlar Liqası (2022/2023). “Sürix” (İsveçrə) – 3:2 (e), 2:2 (s)

Çempionlar Liqası (2023/2024). “Linkoln” (Cəbəllütariq) – 2:1 (s), 4:0 (e)

Çempionlar Liqası (2023/2024). HİK (Finlandiya) – 2:1 (e), 2:1 (s)

Futbol
Qurban Qurbanov: "Turan Tovuz"la oyunda 25-26 il əvvələ qayıtdım"

Qurban Qurbanov: "Turan Tovuz"la oyunda 25-26 il əvvələ qayıtdım"

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” ilə oyundan 3 xalla ayrılıb

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb