Rüstəm Alimli: "Bu cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli kimi olimpiya çempionu olacaqlar"

Rüstəm Alimli: "Bu cüdoçular Nazim Hüseynov və Elnur Məmmədli kimi olimpiya çempionu olacaqlar"

"İnanıram ki, Nazim Hüseynov və Elnur Məmmədlidən sonra bu cüdoçular da olimpiya çempionu olacaqlar".

Bunu "QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Xorvatiyada keçirilən dünya çempionatında idmançıların çıxışlarını dəyərləndirərkən deyib.

Mütəxəssis mundialın və 2023-cü ilin onlar üçün uğurlu alındığını bildirib: "Avropa Gənclər Olimpiya Festivalında (EYOF), Avropa çempionatında, həm də Zaqrebdəki turnirdə komanda hesabında birinci olduq. Tarixi nəticə əldə etdiyimiz üçün çox sevinirik".

Rüstəm Alimli çox güclü heyətlə Xorvatiyaya gəldiklərini vurğulayıb: "Bütün idmançılardan medal gözləyirdik. Dünya çempionatı çox güclü yarışdır. Mübarizəyə lider ölkələr qatılır. Oğlanlardan ən azı iki qızıl medal gözləyirdik. Amma ümumilikdə beş idmançımız final görüşünə çıxdı. Mirxaliq İskəndərov (55 kq) və Əbil Yusubovun (66 kq) da əsas mükafata sahib olacağına ümid edirdik. Biri bürünc, digəri gümüş medal əldə etdi. Yenə də yaxşı nəticədir. Daha əvvəl mundiallarda belə göstəricilərimiz olmayıb".

Baş məşqçi 50 kq-da finalda iki Azərbaycan təmsilçisinin, Nihad Məmişov (qızıl) və Məhəmməd Məmişovun mübarizə aparmasına da toxunub: "Çox maraqlı qarşılaşma alındı. Nihad özündən böyük idmançılarla yarışdı. O, növbəti ildə də yeniyetmələrdə qüvvəsini sınayacaq".

Mütəxəssis son olaraq yeniyetmə cüdoçuların gənclərin və böyüklərin turnirlərində də uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Keçən il baş məşqçi təyin olunmuşam. Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu mənə inandılar. Nəticələrdən əlavə, yeniyetmələrin gənclərə, oradan böyüklərə uyğunlaşmaları yönündə tapşırıqlar verilib. Bu yarışda nəticə qazanan idmançılar gənclər və böyüklərdə də uğurlu çıxış edəcəklər. 2028-ci ildə baş tutacaq Yay Olimpiya Oyunlarında ən azı iki idmançımız medal qazanacaq".

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Bakıdakı Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək