Azərbaycanın Dünya Kubokunda ümidi: Nicat Abasov Maqnus Karlsenlə dueldə də sürprizə imza ata bilər - ŞƏRH

Azərbaycanın Dünya Kubokunda ümidi: Nicat Abasov Maqnus Karlsenlə dueldə də sürprizə imza ata bilər - ŞƏRH

İyulun 30-da Bakıda start götürən şahmat üzrə Dünya Kuboku həlledici mərhələyə qədəm qoyub. Artıq yarımfinalçıların adları bəllidir. Sevindirici haldır ki, onların arasında Azərbaycan təmsilçisi də var. Təbii ki, söhbət son günlər hamının haqqında danışdığı, çıxışını böyük maraqla izlədiyi Nicat Abasovdan gedir.

Bəli, millinin üzvü şahmat dünyasını təəccübləndirməkdə, azərbaycanlı azarkeşlərə isə sevinc yaşatmaqda davam edir. Halbuki yarışdan əvvəl heç kim onun adını favoritlər sırasında çəkmirdi. Bu da səbəbsiz deyil. Çünki Nicat top-şahmatçı sayılmır. Dünya Kubokuna qatılanlar arasında da reytinqinə görə yalnız 69-cudur. Sadəcə, sərgilədiyi yüksək performans və inamlı oyunla qarşısına çıxan səddləri bir-bir dəf edib.

Nicat Abasov Dünya Kubokunda Azərbaycanın yeganə ümididir. Çünki 18 təmsilçimizdən 17-si mübarizəni erkən mərhələlərdə dayandırıblar. Xüsusən də Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi elit şahmatçıların, qadınlardan ibarət millinin lideri və parlaq siması Günay Məmmədzadənin turniri boşa verəcəklərini heç kim gözləmirdi. Nicat, həmçinin, bir növ onların və uğursuzluqla üzləşən digər şahmatçılarımızın əvəzinə də mübarizə aparır.

Mayın 14-də 28 yaşını tamamlayan Abasovun karyerası parlaq və zəngin deyil. İndiyədək böyük uğurlara imza atmayıb. Bu üzdən Dünya Kubokunun yarımfinalına yüksəlməsi onun karyerasında xüsusi yerə və çəkiyə malikdir. Onu da unutmayaq ki, reqlamentə əsasən, bu yarışı ilk 3 pillədə başa vuracaq şahmatçılar 2024-cü ildə təşkil olunacaq İddiaçılar Turnirinə vəsiqəni də rəsmiləşdirəcəklər. Yəni, Abasovu hazırda bu hədəfdən bir addım ayırır.

Bu gün başlayacaq yarımfinal mərhələsində rəqib xüsusi təqdimata ehtiyacı olmayan Maqnus Karlsendir. 32 yaşlı norveçli uzun müddətdir ki, dünya reytinq sıralamasında liderliyi heç kimə güzəştə getmir. Onun karyerası ərzində qazandığı uğurlara istənilən həmkarı qibtə edə bilər. Amma maraqlıdır ki, Maqnusun mükafatları arasında Dünya Kubokunun qızıl medalı yoxdur. Əslində, bu da uzun marafonu xatırladan yarışın nə qədər ağır və yorucu olmasından xəbər verir. Yəni, heç də hər şahmatçı təxminən bir aya yaxın davam edən turnirin gərginliyinə fiziki cəhətdən tab gətirə bilmir.

Maqnusun işləri Bakıda hələ ki, qaydasında gedir. Nicat Abasovla yarımfinal duelinin əsas favoriti də məhz norveçli ulduzdur. Amma bu, onun asanlıqla finala adlayacağı anlamına gəlməməlidir. Bir sadə məntiqlə ki, Azərbaycan şahmatçısı yarmfinala qədər reytinqdə geri qaldığı Aniş Giri (Niderland), Pyotr Svidler (FİDE), Vidit Santoş (Hindistan) kimi tanınmış rəqiblərini də sıradan çıxarıb. Niyə də eyni qəhrəmanlığı Karlsenlə dueldə təkrarlamasın? Artıq boyundan yuxarı tullanan təmsilçimiz norveçli ilə müqayisədə üzərində təzyiq hiss etmir və görüşə rahat çıxacaq. Mümkün məğlubiyyət təqdirində belə, heç kim onu qınamayacaq. Dünya şahmatının liderinin durumu isə tam fərqlidir. Onun Nicata uduzması şahmat dünyasını silkələyəcək.

Məlumat üçün onu da bildirək ki, indiyədək Azərbaycan şahmatçılarından Dünya Kubokunu yalnız Teymur Rəcəbov qazanıb. Millinin lideri bu uğura 2019-cu ildə Rusiyanın Xantı-Mansiysk şəhərində imza atıb. Şəhriyar Məmmədyarov və mərhum Vüqar Həşimov isə 1/4 finala yüksəlməklə yadda qalıblar.

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

“Qəbələ” İdman Klubunun rəhbəri: “Digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlirik”

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Fərdi
Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB