“Partizan”ın qapıçısı: “Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”

“Partizan”ın qapıçısı: “Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”

“Belə oyunda 0:1-lə 0:2 hesablı məğlubiyyət eyni deyil”.

“Report”un məlumatına görə, bunu Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandr Yovanoviç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirilən ilk görüş barədə danışarkən deyib.

31 yaşlı qapıçı “Bank Respublika Arena”da 0:2 hesabı ilə uduzmalarına baxmayaraq, növbəti raunda çıxacaqlarına inanır: “Belqraddakı görüşün ilk 20 dəqiqəsində qol vursaq, mübarizəyə qayıdacağıq. Bakıda buraxılan ikinci qola görə təəssüf hissi keçirirəm. Ancaq yenə də mərhələ adlayacağımıza inanıram. Bu temperaturda oynamaq asan deyildi. Düzdür, bunu bəhanə etmirəm. Ancaq insanlar belə havada mübarizə aparmağın necə ağır olduğunu bilmirlər. Əvvəllər Kiprdə bu cür istidə çıxış etmişdim, çox çətin idi”.

69-cu dəqiqədə Aleksey İsayevin penalti zərbəsini dəf edən Serbiya millisinin üzvü fərdi uğurun onun üçün vacib olmadığını söyləyib: “Komandaya kömək etməyə çalışıram. İndi kifayət qədər təcrübəliyəm. Bəzi fərdi uğurlar məni qane etmir. Daha çox komanda şəklində nailiyyətlərə üstünlük verirəm. “Partizan”a gəlməyimin səbəbi də budur”.

Qeyd edək ki, avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

Futbol
“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

Futbol
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

Futbol
“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

“Qalatasaray” “Sivasspor”un futbolçusunu transfer edib

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb