Murad Musayev: "Mikels "Partizan"a qarşı oynamaq istəmir"

Murad Musayev: "Mikels "Partizan"a qarşı oynamaq istəmir"

"Mikels sabah oynamaq istəmir, getməyi düşünür".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, mövsümün əvvəlində belə halların olması çox pisdir: "Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Şayiələri müzakirə etmək istəmirəm. Hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köçməyib. Bütün diqqətim "Partizan"la oyundadır".

40 yaşlı çalışıdırıcının sözlərinə görə, komandasını çox çətin və maraqlı oyun gözləyir: "Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq. Bu cür matçlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın".

"Partizan"ın mənfi və müsbət cəhətlərindən söz açan Musayev rəqibin hücum xəttini xüsusi vurğulayıb: "Güclü tərəflərindən biri sürətli hücuma keçməsidir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini gözəl başa düşürlər. Zəif cəhətləri haqqında danışmaq düzgün olmazdı".

Təcrübəli baş məşqçi bu yay "Neftçi"ni Belqrad təmsilçisinə dəyişən Mateus Saldanyanın yeni komandasına yaxşı uyğunlaşdığını söyləyib: "Qollar vurur. Onu tanıyırıq. Amma "Partizan" bir oyunçudan ibarət deyil".

Musayev deyib ki, "Sabah" komanda işi, aqressiv oyun və özünə inam sayəsində mərhələni keçə bilər: "Ehtiyatlı olmalıyıq, "Partizan"ın gücünü bilirik. Lakin özümüzə ianırıq".

Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Partizan" oyunu saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Futbol
Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Azərbaycan Futzal Federasiyasında yeni təyinat olub

Futbol
Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Fariz Nəcəfov: "Klublar Komitəsinin gördüyü iş ortada olacaq"

Futbol
Azərbaycan millisinin qapıçısı zədələnib

Azərbaycan millisinin qapıçısı zədələnib

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”