Azərbaycanlı dünya çempionu məğlubiyyətin səbəbini açıqlayıb: “Gərək heç-heçəyə oynayardım”

Azərbaycanlı dünya çempionu məğlubiyyətin səbəbini açıqlayıb: “Gərək heç-heçəyə oynayardım”

“Gərək heç-heçəyə oynayardım, ardınca isə bacarığımı tay-brekdə sınayardım”.

“QELEBE.AZ”un məlumatına görə, bunu azərbaycanlı şahmatçı Abdulla Qədimbəyli ABŞ təmsilçisi Rey Robsona Bakıda keçirilən Dünya Kubokunun III mərhələsində məğlub olduğu görüş barədə danışarkən deyib.

20 yaşlılar arasında dünya çempionu turnirin rəsmi saytına açıqlamasında rəqibi ilə ikinci duelində yanlış varianta əl atdığını etiraf edib: “Görünür, bu yarış üçün təcrübəm azdır. Birinci oyun heç-heçə başa çatmışdı. İkinci görüşdə də vəziyyət bərabər idi. Mən bir növ risk etdim və uduzdum. Cavab oyununda qələbə qazanmaq istəyirdim”.

O, xüsusən də, taktiki cəhətdən səhvə yol verdiyini vurğulayıb: “Dünya Kubokunda rəqabət çox güclüdür. III mərhələyə vəsiqə qazanan şahmatçılar arasında ən aşağı reytinq məndə idi. Birinci partiyada Şamsiddin Vahidov, ardınca ispaniyalı David Quijarronu məğlub etdim. İki mərhələ keçəndən sonra növbəti partiyanın daha çətin olacağını bilirdim”.

Abdulla Qədimbəyli komanda yoldaşı Şəhriyar Məmmədyarovun yarışla erkən vidalaşmasına heyfsləndiyini söyləyib: “Böyük təəssüf hissi yaşadım. Şəhriyar Dünya Kubokunun favoritlərindən biri idi. Yarışdan əvvəl onun ən azı yarımfinala qədər irəliləyəcəyini düşünürdüm. Şahmatda hər bir nəticə ola bilər”.

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək