Azərbaycan çempionatı start ərəfəsində: Qaliblər, bombardirlər, ən çox oyun keçirənlər - ARAŞDIRMA
Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü start götürəcək.
“Report” xəbər verir ki, sayca 32-ci dəfə təşkil olunacaq çempionatdan gözləntilər böyükdür.
Futbol ictimaiyyəti, xüsusən də, çempionluq uğrunda gərgin mübarizənin olacağını proqnozlaşdırır. Çünki son çempion “Qarabağ”ın ötən mövsümlə müqayisədə müəyyən qədər zəifləməsi diqqətdən yayınmırsa, “Sabah” heyətin özəyini qoruyub, “Neftçi” isə yeni transferlərlə daha da güclənib. Bu üç komandanın qızıl medallara iddia edəcəyi şübhəsizdir.
Ötən mövsümün sürpriz komandaları “Qəbələ” və “Turan Tovuz” yay fasiləsində köklü dəyişikliyə gedib. Eyni zamanda, “Səbail” və “Sumqayıt” da çoxsaylı transferlərlə mövsümə iddialı başlamaq niyyətindədirlər. “Zirə” də daxil olmaqla, adı çəkilən klublar 4-cü yeri tutmaq üçün mübarizə aparacaqlar.
Yenidən Premyer Liqaya qayıdan “Araz-Naxçıvan” da kifayət qədər əcnəbi oyunçu transfer edib. Lakin Naxçıvan təmsilçisində yerli futbolçu sarıdan problem olduğu aşkar görünür. “Araz-Naxçıvan” çatışmazlıqları aradan qaldırmasa, çox güman ki, “Kəpəz”lə sonuncu yeri tutmamaq üçün yarışacaq.
Yeni mövsüm ərəfəsində tarixə nəzər yetirsək, 1992-ci ildən təşkil edilən çempionatda “Qarabağ” və “Neftçi”nin aşkar üstünlüyünü müşahidə etmək olar. Baş tutan 31 mövsümün yalnız birində (2001/2002) turnir sona çatdırılmadığından, 30 dəfə qalib komanda çempionluq tituluna sahib çıxıb.
“Qarabağ” çempionluq sayında rekordçudur
Geridə qalan 31 mövsümdə ən çox çempion olan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 2022/2023 mövsümündə qızıl medalları qazanaraq, 10-cu çempionluğunu bayram edib və “Neftçi”nin rekordunu yeniləyib. Həmçinin, “Kəpəz”in 3, “Şəmkir”, “Bakı”, “Şamaxı”nın (“İnter” adı altında) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın 1 titulu var.
1992. “Neftçi”
1993. “Qarabağ”
1993/1994. “Turan”
1994/1995. “Kəpəz”
1995/1996. “Neftçi”
1996/1997. “Neftçi”
1997/1998. “Kəpəz”
1998/1999. “Kəpəz”
1999/2000. “Şəmkir”
2000/2001. “Şəmkir”
2003/2004. “Neftçi”
2004/2005. “Neftçi”
2005/2006. “Bakı”
2006/2007. “Xəzər Lənkəran”
2007/2008. “İnter”
2008/2009. “Bakı”
2009/2010. “İnter”
2010/2011. “Neftçi”
2011/2012. “Neftçi”
2012/2013. “Neftçi”
2013/2014. “Qarabağ”
2014/2015. “Qarabağ”
2015/2016. “Qarabağ”
2016/2017. “Qarabağ”
2017/2018. “Qarabağ”
2018/2019. “Qarabağ”
2019/2020. “Qarabağ”
2020/2021. “Neftçi”
2021/2022. “Qarabağ”
2022/2023. “Qarabağ"
Qeyd edək ki, 2001/2002 mövsümü yarımçıq qalıb, 2002/2003 mövsümündə çempionat keçirilməyib.
Üç komanda 1000 xal səddini keçib
İndiyə qədər 61 klub yüksək liqada mübarizə aparıb. Onlardan yalnız “Qarabağ” və “Neftçi” bütün mövsümlərin iştirakçısı olublar. Çempionatlarda toplanan ümumi xal sayında Ağdam təmsilçisi birincidir. “Neftçi” liderdən 38 xal az yığıb. 1000 xal səddini keçən üçüncü komanda isə “Şamaxı”dır. İndiyə qədər müxtəlif adlar altında çıxış etmiş “Şamaxı” 2023/2024 mövsümünü aşağı liqada keçirəcək.
Elitada yer alan komandalardan “Kəpəz” və “Qəbələ” də ilk “10-luq”da qərarlaşıblar.
Premyer Liqanın ilk turu artıq iki komanda - “Sabah” və “Turan-Tovuz” üçün üçün əlamətdar ola bilər. Açılış turunda heç-heçə edəcəkləri təqdirdə, “Sabah” ümumi xal sayını 200-ə, “Turan-Tovuz” isə 40-a çatdıracaq.
| Komanda | Oyun | Qələbə | Heç-heçə | Məğlubiyyət | Top fərqi | Xal | |
| 1 | “Qarabağ” | 889 | 512 | 206 | 171 | 1431-677 | 1742 |
| 2 | “Neftçi” | 889 | 503 | 195 | 191 | 1517-712 | 1704 |
| 3 | “Şamaxı” | 657 | 284 | 175 | 198 | 828-661 | 1027 |
| 4 | “Kəpəz” | 610 | 272 | 130 | 208 | 960-716 | 946 |
| 5 | “Turan” | 584 | 250 | 112 | 222 | 723-690 | 862 |
| 6 | “Bakı” | 517 | 217 | 123 | 177 | 632-531 | 774 |
| 7 | “Qəbələ” | 504 | 196 | 138 | 170 | 613-569 | 726 |
| 8 | “Xəzər Lənkəran” | 369 | 160 | 103 | 106 | 493-338 | 583 |
| 9 | AZAL | 362 | 127 | 104 | 131 | 379-380 | 485 |
| 10 | “Şəmkir” | 248 | 132 | 40 | 76 | 393-284 | 436 |
| 11 | “Viləş” | 268 | 119 | 41 | 108 | 309-341 | 398 |
| 12 | “Sumqayıt” | 364 | 93 | 94 | 177 | 343-543 | 373 |
| 13 | “Simurq” | 272 | 88 | 80 | 104 | 280-299 | 344 |
| 14 | “Zirə” | 230 | 87 | 73 | 72 | 265-262 | 334 |
| 15 | “Xəzər” (Sumqayıt) | 246 | 98 | 27 | 121 | 339-369 | 321 |
| 16 | “ANS Pivani” | 214 | 88 | 45 | 81 | 261-249 | 309 |
| 17 | MOİK | 306 | 66 | 60 | 180 | 225-489 | 258 |
| 18 | “Kür-Nur” | 194 | 75 | 31 | 88 | 225-267 | 256 |
| 19 | “Karvan” | 168 | 69 | 36 | 63 | 222-179 | 243 |
| 20 | “Şahdağ” (Qusar) | 251 | 59 | 48 | 144 | 222-441 | 225 |
| 21 | “Şəfa” | 216 | 61 | 22 | 133 | 220-336 | 205 |
| 22 | “Xəzri” | 114 | 58 | 29 | 27 | 155-95 | 203 |
| 23 | “Sabah” | 140 | 56 | 31 | 53 | 184-164 | 199 |
| 24 | “Pambıqçı” (Bərdə) | 166 | 52 | 25 | 89 | 141-224 | 181 |
| 25 | “Səbail” | 168 | 39 | 35 | 94 | 133-267 | 152 |
| 26 | “İnşaatçı” (Bakı) | 108 | 41 | 23 | 44 | 112-112 | 146 |
| 27 | “MKT-Araz” | 84 | 37 | 22 | 25 | 86-77 | 133 |
| 28 | “Xəzər” (Lənkəran) | 110 | 36 | 25 | 49 | 114-119 | 133 |
| 29 | “Rəvan” | 136 | 31 | 34 | 71 | 134-219 | 127 |
| 30 | “Bakılı” | 144 | 31 | 23 | 90 | 117-250 | 116 |
| 31 | “Azəri” | 86 | 33 | 14 | 39 | 102-125 | 113 |
| 32 | “Standard” | 84 | 27 | 17 | 40 | 101-101 | 98 |
| 33 | “Muğan” | 90 | 25 | 19 | 46 | 72-120 | 94 |
| 34 | “Daşqın” | 56 | 28 | 6 | 22 | 76-63 | 90 |
| 35 | “Gənclərbirliyi” | 110 | 22 | 20 | 68 | 91-214 | 86 |
| 36 | “Kürmük” | 84 | 23 | 15 | 46 | 98-190 | 84 |
| 37 | “Göyəzən” | 98 | 21 | 17 | 60 | 63-153 | 80 |
| 38 | “Avey” | 56 | 23 | 7 | 26 | 51-68 | 76 |
| 39 | “İnşaatçı” (Sabirabad) | 54 | 19 | 12 | 23 | 51-64 | 69 |
| 40 | “Pambıqçı” (Neftçala) | 82 | 15 | 13 | 54 | 82-200 | 58 |
| 41 | “Plastik” | 38 | 18 | 2 | 18 | 42-60 | 56 |
| 42 | “Azneftyağ” | 54 | 16 | 8 | 30 | 50-77 | 56 |
| 43 | “Ədliyyə” | 60 | 14 | 12 | 34 | 45-106 | 54 |
| 44 | “Avtomobilçi” | 68 | 15 | 9 | 44 | 46-145 | 54 |
| 45 | “Şirvan” (Şamaxı) | 38 | 16 | 2 | 20 | 42-64 | 50 |
| 46 | “Fərid” | 30 | 13 | 8 | 9 | 45-28 | 47 |
| 47 | “Çıraqqala” | 38 | 15 | 2 | 21 | 29-56 | 47 |
| 48 | “Ümid” (Cəlilabad) | 54 | 12 | 7 | 35 | 52-103 | 43 |
| 49 | “Karat” | 34 | 12 | 4 | 18 | 37-59 | 40 |
| 50 | “Turan-Tovuz” | 36 | 10 | 9 | 17 | 36-49 | 39 |
| 51 | “Araz-Naxçıvan” | 42 | 10 | 8 | 24 | 38-88 | 38 |
| 52 | “Masallı” | 26 | 8 | 6 | 12 | 30-40 | 30 |
| 53 | “Ümid” (Bakı) | 24 | 7 | 4 | 13 | 23-50 | 25 |
| 54 | “Energetik” | 38 | 7 | 3 | 28 | 25-82 | 24 |
| 55 | “Bozqurd” | 18 | 4 | 6 | 8 | 19-30 | 18 |
| 56 | “Dalğıc ADNŞ” | 32 | 4 | 4 | 24 | 18-80 | 16 |
| 57 | “ABN-Bərdə” | 26 | 2 | 6 | 18 | 12-53 | 12 |
| 58 | “Lokomotiv” | 26 | 4 | 0 | 22 | 17-37 | 12 |
| 59 | “Şirvan” (Kürdəmir) | 38 | 3 | 1 | 34 | 10-72 | 10 |
| 60 | “Şahdağ” (Quba) | 20 | 0 | 1 | 19 | 5-27 | 1 |
| 61 | “Gənclik” | 38 | 0 | 0 | 38 | 0-0 | 0 |
Qeyd edək ki, texniki nəticələr cədvəldəki top fərqinə daxil edilməyib.
Çempion baş məşqçilər: Qurban Qurbanov əlçatmazdır
31 mövsümdə 11 mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord Qurban Qurbanova məxsusdur. 2008-ci ildən “Qarabağ”ın "sükanı arxasında" olan Qurbanov son 10 mövsümün 9-da komandaya qızıl medallar qazandırıb. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir.
Kazbek Tuayevin 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Haciyevski, Kaxaber Sxadadze, Arif Əsədov və Samir Abasov bir dəfə belə uğura imza atıb.
1992 - Əhməd Ələsgərov
1993 - Ağasəlim Mircavadov
1993/1994 - Kazbek Tuayev
1994/1995 - Mehman Allahverdiyev
1995/1996 - Kazbek Tuayev
1996/1997 - Kazbek Tuayev
1997/1998 - Mehman Allahverdiyev
1998/1999 - Mehman Allahverdiyev
1999/2000 - Ağasəlim Mircavadov
2000/2001 - Ağasəlim Mircavadov
2001/2002 - yarımçıq qalıb
2002/2003 - keçirilməyib
2003/2004 - Kazbek Tuayev
2004/2005 - Ağasəlim Mircavadov
2005/2006 - Böyükağa Hacıyev
2006/2007 - Ağasəlim Mircavadov
2007/2008 - Valentin Xodukin
2008/2009 - Qyoko Haciyevski
2009/2010 - Kaxaber Sxadadze
2010/2011 - Arif Əsədov
2011/2012 - Böyükağa Hacıyev
2012/2013 - Böyükağa Hacıyev
2013/2014 - Qurban Qurbanov
2014/2015 - Qurban Qurbanov
2015/2016 - Qurban Qurbanov
2016/2017 - Qurban Qurbanov
2017/2018 - Qurban Qurbanov
2018/2019 - Qurban Qurbanov
2019/2020 - Qurban Qurbanov
2020/2021 – Samir Abasov
2021/2022 - Qurban Qurbanov
2022/2023 - Qurban Qurbanov
Asif Məmmədov və Vurğun Hüseynovun ilk “3-lüy”ə düşmək şansı
Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. 2022/2023 mövsümündə liderliyi ələ keçirən “Səbail”in sabiq kapitanı bu yay karyerasını başa vurub.
Siyahının ilk “10-luğ”unda qərarlaşanlardan Elvin Məmmədov da yenicə futbolla vidalaşıb.
Karyerasını davam etdirənlərdən Asif Məmmədov və Vurğun Hüseynov 2023/2024 mövsümündə öz göstəricilərini bir qədər də yaxşılaşdıra bilərlər. Hər ikisinin ilk “üçlüy”ə qədər irəliləmək şansı var.
1. Rahid Əmirquliyev – 451 oyun
2. Mahmud Qurbanov – 421
3. Rəşad Sadiqov – 392
4. Azər Məmmədov – 388
5. Aslan Kərimov – 382
6. Rəşad Abdullayev – 378
7. Elvin Məmmədov – 376
8. Asif Məmmədov – 373
9. Aqil Məmmədov – 363
10. Vurğun Hüseynov - 362
Nazim Əliyevə yaxınlaşan yoxdur
Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçusu illərdir dəyişmir. Bu gedişlə Nazim Əliyev hələ uzun müddət bombardirlik yarışına başçılıq edəcək. Onun hesabında 183 qol var. Maraqlıdır ki, karyerasını davam etdirən oyunçulardan heç kim hətta 100 qol həddinə belə çata bilməyib.
1. Nazim Əliyev – 183 qol
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
10. Kənan Kərimov - 101

https://qelebe.az//uploads/photo/azerbaycan-chempionati-start-erefesinde-qalibler-bombardirler-en-chox-oyun-kechirenler-arashdirma.webp











