Çempionlar Liqası: "Qarabağ" "Rakuv"la oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB-5

Çempionlar Liqası: "Qarabağ" "Rakuv"la oyunda hesabı bərabərləşdirib - YENİLƏNİB-5

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.

60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.

21:14

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.

21:07

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüşün ilk yarısından sonra hesab açılmayıb.

20:50

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.

19:15

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Rakuv"un start heyətləri açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski
Baş məşqçi: David Şvarqa

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

"Neftçi" "Srvena Zvezda" klubu ilə qarşılaşacaq

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib