Musa Qurbanlı: “Qol şansını qaçırdığım üçün məyusam”

Musa Qurbanlı: “Qol şansını qaçırdığım üçün məyusam”

“Lütsern”lə oyunda əlimə düşən qol şansını qaçırdığım üçün məyusam”.

“Report”un “fotbollskanalen.se”yə istinadən məlumatına görə, bunu İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Lütsern”ə məğlub olduqları (1:2) oyunla bağlı danışarkən deyib.

Stokholmdakı qarşılaşmanın ikinci hissəsində əlverişli vəziyyəti qola çevirə bilməyən 21 yaşlı hücumçu bunu sığortalayacağına inanır: “Adətən belə imkanlardan daha yaxşı yararlanıram. Növbəti şansı əldə etməyə çalışacağam”.

21 yaşlı forvard nəticənin onları qane etmədiyini söyləyib: “Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.

Gənc futbolçu hələ ideal formada olmadığını etiraf edib: “Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun vaxtı lazımdır. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq”.

Musa Qurbanlı əlavə edib ki, yeni komandasında və yaşadığı Stokholmda hər şeydən razıdır: “Şəhər, insanlar - bir sözlə, burada hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdirlər. Meydançaya çıxanda güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir”.

Qeyd edək ki, “Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də ikincilərin meydanında keçiriləcək.

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlanıb

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib