“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında ilk iki mərhələni keçməliyik”

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Çempionlar Liqasında ilk iki mərhələni keçməliyik”

“Çempionlar Liqasında ilk iki mərhələni keçməliyik”.

“Report”un məlumatına görə, bunu futzal üzrə “Araz-Naxçıvan” klubunun baş məşqçisi Vitali Borisov “azfutzal.az”a müsahibəsində komandanın UEFA Çempionlar Liqasındakı hədəfləri barədə danışarkən deyib.

Gənc mütəxəssis turnirin ilkin mərhələsində üz-üzə gələcəkləri “İstanbul Şişli” (Türkiyə), “Jahn Regensburq” (Almaniya) və “Riqa”nı (Latviya) dəyərləndirib: “Almaniya və Türkiyə çempionları haqqında məlumat toplamaq bir qədər çətindir. Ancaq “Riqa” barəsində müəyyən informasiyamız var. İstənilən halda, əvvəlcə özümüz oyunlara tam hazır olmalıyıq. Bütün diqqətimizi hazırlıq prosesinə yönəltmişik”.

V.Borisov təlim-məşq toplanışında əsasən fiziki hazırlığa diqqət ayırdıqlarını bildirib: “Artıq 3 gündür hazırlığa başlamışıq. Əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalara daha çox yer veririk. Heç bir oyunçu artıq çəki ilə qayıtmayıb. Təbii ki, istirahət zamanı heç kim ciddi hazırlıq keçməyib. Ona görə də, fiziki baxımdan yaxşı formada olmadıqları ortadadır. Ancaq Çempionlar Liqası oyunlarına qədər vaxtımız var. Futzalçıları tədricən ən yüksək səviyyəyə çatdırmağa çalışacağıq”.

Baş məşqçi yeni transferlərin kollektivi gücləndirəcəyinə inanır. O, başqa keçidlərin olacağını da vurğulayıb: “Hələlik 2 futzalçı məşqlərə qoşulub. Hər ikisini tanıyırıq, izləmişik, nəyə qadir olduqlarını bilirik. Ninoslav Aleksiç 3-4 il əvvəl Serbiya millisinin heyətində yığmamıza qarşı oynayıb. Həmin görüşdə mən də oyunçu kimi iştirak edirdim. Hər iki futzalçı keyfiyyətlidir. Danışıq apardığımız oyunçular var. Yaxın günlərdə 2-3 futzalçı komandamıza qoşulacaq. Onların keçidi bu gün-sabah yekunlaşacaq. Bu transferlərlə daha da güclənəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də “İstanbul Şişli”, 24-də “Jahn Regensburq”, 26-da isə “Riqa” ilə qarşılaşacaq.

Futbol
"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

"Sabah"ın futbolçusu Ukrayna yığmasına dəvət alıb

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Aleksander Çeferin yenidən UEFA prezidenti seçiləcək

Futbol
Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Çempionlar Liqası: Mahir Emreli ehtiyatda qalıb, komandası "Milan"a uduzub

Futbol
Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Sumqayıt şəhər stadionunun istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpul" "Napoli"yə uduzub

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq

Futbol
Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Qurban Qurbanov: “Azərbaycan futbolu üçün böyük təcrübə oldu”

Futbol
"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb

"Frayburq"un yeni transferi "Qarabağ"ı "əla rəqib" adlandırıb