“Kəpəz”in baş məşqçisi: “Çox istərdik ki, toplanışı ölkə xaricində keçək”

“Kəpəz”in baş məşqçisi: “Çox istərdik ki, toplanışı ölkə xaricində keçək”

“Çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis komandasının yeni mövsümə Bakıdakı “Dalğa Arena”da hazırlaşmasını dəyərləndirib: “Klubun sponsoru olmadığından, hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik. Planımızda beş oyun var idi ki, digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Təəssüf ki, komandalar ölkə xaricində olduqlarından, istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq”.

A.Məmmədov Bakı toplanışını tez başa vuraraq, Gəncə dönmələrinin səbəbini də izah edib: “Bakıda rəqib tapa bilmədiyimizdən, Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın 2023/2024 mövsümünün ilk turunda avqustun 6-da “Neftçi”ni qəbul edəcək.

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
İspaniya məhkəməsi Neymara bəraət verib

İspaniya məhkəməsi Neymara bəraət verib

Futbol
Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib