Yakub Jezniçak: “Qarabağ” bir il əvvəlkindən zəifdir”

Yakub Jezniçak: “Qarabağ” bir il əvvəlkindən zəifdir”

“Qarabağ” bir il əvvəlkindən zəifdir, “Rakuv”la, demək olar ki, eyni gücdədir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak “przegladsportowy.onet.pl” saytına açıqlamasında Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.

2017-2019-cu illərdə Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş 37 yaşlı müdafiəçi komandanın çox dəyişdiyini bildirib: “Birlikdə oynadığım futbolçuların çoxu gedib. Komandaların şanslarını bərabər görürəm. “Qarabağ” çox təhlükəlidir, heyətində fərdi bacarıqları yüksək olan futbolçular var. Polşada yaxşı tanıdığımız Abdullah Zubiri qeyd edə bilərəm. O, indi də əla formadadır. Ötən mövsüm Azərbaycan çempionatının ən yaxşı oyunçusu seçilib”.

Polşa millisinin sabiq üzvünün fikrincə, Bakıda isti hava şəraitində oynamaq “Rakuv”a çətin olacaq: “İlk görüşdən sonra “Rakuv”un şanslarını qiymətləndirmək daha asan olacaq. Evdə üstünlük əldə etmək vacibdir. Bu, cavab qarşılaşması öncəsi həlledici ola bilər. Bakıda onlara çox çətin olacaq. “Lex” bir il əvvəl oradakı iqlimlə tanış oldu. Mən “Qarabağ”da oynayanda ora gələn komandalar 45 dəqiqədən sonra meydanı tərk etmək istəyirdilər. Çünki hava çox istidi. “Qarabağ”ın futbolçuları isə buna öyrəşiblər. “Rakuv” buna uyğunlaşmaq üçün buradakı matçdan iki gün sonra Bakıya yollanmalıdır”.

O, 15 ildir “Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov amilini fərqləndirməyi unutmayıb: “Qurban Qurbanov təkcə “Qarabağ”da deyil, bütün Azərbaycan futbolunda böyük hörmətə malikdir. O, komandaya böyük inam yarada bilir. Meydançaya çıxan oyunçular həmişə daha yaxşı komanda olduqlarını beyinlərində kodlaşdırırlar. Hətta daha güclü rəqiblərlə qarşılaşdığımız Çempionlar Liqasında da necə olduğunu xatırlayıram. Heyətlə birlikdə özünə inamı aşılamaq məşqçinin böyük gücüdür. Buna görə də biz nə istədiyini bilən qətiyyətli komanda izləyirik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Rakuv” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Futbol
Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Braziliyalı futzalçı: "Azərbaycanda da futzalın sevildiyini bilirəm"

Futbol
DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb