"Sabah" avrokubok oyununun başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib

"Sabah" avrokubok oyununun başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət edib

"Sabah" Latviyada RFŞ komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılması üçün UEFA-ya müraciət edib.

"Report"un məlumatına görə, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko "sportacentrs.com" saytına açıqlama verib.

Funksioner bildirib ki, Avropa futbol qurumu hazırda bu məsələyə baxır: "Biz UEFA rəhbərliyi ilə daim əlaqədəyik. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFŞ ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda top onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır".

Qeyd edək ki, "Sabah"ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol
Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Braziliyalı üçqat dünya çempionu Pele vəfat edib

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

"Qarabağ"ın legioneri: "Bunu hörmətsizlik kimi qəbul edirəm"

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Azərbaycan Basketbol Liqasında IV tura start verilib

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb