Azərbaycan çempionatları tarixinin bombardirləri açıqlanıb - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan çempionatları tarixinin ən məhsuldar futbolçularının siyahısını dərc edib.
“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, cədvəldə 1992-ci ildən təşkil edilən ölkə çempionatının 10 bombardiri yer alıb.
Rekordçu Nazim Əliyev 4 komandanın heyətində ümumilikdə 183 qol vurub. Onu 125 qolla Müşfiq Hüseynov təqib edir.
İlk “10-luq”da qərarlaşan futbolçuların hamısı yerlidir və karyeralarını bitiriblər.
| Futbolçu | Karyera | Qol | Oyun | Oynadıqları komandalar | |
| 1 | Nazim Əliyev | 1992-1999 | 183 | 236 | “Xəzər” (Sumqayit) - 93, “Neftçi” - 42, “Qarabağ” - 23, “Dinamo” - 25 |
| 2 | Müşfiq Hüseynov | 1992-2007 | 125 | 305 | “Qarabağ” - 109, “Kəpəz” - 7, “Neftçi” - 9 |
| 3 | Rövşən Əhmədov | 1992-2005 | 116 | 290 | “Turan” - 23, “Kəpəz” - 75, “Şəmkir” - 18 |
| 4 | Samir Ələkbərov | 1992-2001 | 115 | 170 | “Neftçi” - 99, “Kür-Nur” - 6, “İnter” - 10 |
| 5 | Qurban Qurbanov | 1992-2006 | 115 | 161 | “Daşqın” - 24, “Turan” - 20, “Kür-Nur” - 4, “Neftçi” - 66, “İnter” - 1 |
| 6 | Alay Bəhramov | 1992-2002 | 108 | 243 | “Viləş” - 93, “Şəmkir” - 15 |
| 7 | Nadir Nəbiyev | 1995-2012 | 103 | 316 | “Turan” - 63, “Neftçi” - 37, “Xəzər Lənkəran” - 3 |
| 8 | Vadim Vasilyev | 1994-2007 | 102 | 259 | “Bakı Fəhləsi” - 49, “Neftçi” - 32, “Qarabağ” - 12, “Bakı” - 7, “Karvan” - 2 |
| 9 | Xaqani Məmmədov | 1994-2011 | 102 | 277 | “Neftçi” - 12, “Xəzər” (Sumqayıt) - 7, OİK - 5, “Bakı Fəhləsi” - 9, “Şəmkir” - 19, “Xəzər Lənkəran” - 8, “Olimpik” - 13, “İnter” - 22, “Karvan” - 7 |
| 10 | Kənan Kərimov | 1995-2011 | 101 | 328 | “Avtomobilçi” - 3, “Qarabağ” - 16, “ABN Bərdə” - 4, “Viləş” - 9, OİK - 6, “Kəpəz” - 14, “Şəmkir” - 19, “Turan” - 15, “Karvan” - 4, Qəbələ” - 11 |

https://qelebe.az//uploads/photo/azerbaycan-chempionatlari-tarixinin-bombardirleri-achiqlanib-siyahi.webp











