Aleksey Kaşuk “Sabah”la vidalaşıb: “Unudulmaz anlar yaşadığım klubdan ayrılıram”

Aleksey Kaşuk “Sabah”la vidalaşıb: “Unudulmaz anlar yaşadığım klubdan ayrılıram”

“Əla vaxt keçirdiyim, unudulmaz anlar və emosiyalar yaşadığım “Sabah”dan ayrılıram”.

“QELEBE.AZ”un məlumatına görə, bunu 2022/2023 mövsümünü icarə əsasında “Sabah”ın heyətində keçirən Aleksey Kaşuk sosial şəbəkədə paylaşımında yazıb.

Müqavilə ilə məxsus olduğu Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna qayıdan 23 yaşlı futbolçu Azərbaycan təmsilçisi ilə vidalaşıb. Burada gözəl vaxt keçirdiyini bildirən Kaşuk buna görə minnətdarlıq edib: “Böyük komanda, böyük insanlarla vidalaşmaq çətin və emosional olur. “Sabah” rəhbərliyinə, məşqçilərinə, həkimlərə, fizioterapevtlərə, bütün klub işçilərinə təşəkkür edirəm. Onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm. Hər şeydən çox ötən il mənimlə paltardəyişmə otağını paylaşan futbolçuları qucaqlayıram. Təbii ki, həm meydanda, həm də ondan kənarda həmişə xüsusi sevgi və yaxınlıq hiss etdiyim azarkeşlərə minnətdarlıq etməyi də unutmuram”.

Kaşuk həm özünün, həm də ailəsinin Azərbaycandan sevgi ilə ayrıldığını vurğulayıb: “Bir il birlikdə çox sevinc, xoşbəxtlik paylaşdıq. Klubun hədəflərinə çatmasına kömək etmək üçün gəlmişdim. Azarkeşlərin də dəstəyi ilə buna nail olduq. Ailəm və mən bu klubda, ölkədə gördüyümüz qarşılanmaya, sevgiyə görə sonsuza qədər minnətdar olacağıq”.

Ukrayna millisinin üzvü “Sabah”la yenidən yollarının kəsişəcəyinə inanır: “Yollarımız ayrılsa da, özümü həmişə “Sabah” ailəsinin üzvü kimi hiss edirəm. Doğma “Sabah”ıma gələn mövsüm uğurlar arzulayıram. Mütləq yenidən görüşəcəyik. İndi məni yeni çağırış gözləyir. Ancaq həmişə bu klubu sevəcəyəm, dəstəkləyəcəyəm. Siz həmişə qəlbimdə qalacaqsınız. Çox sağ olun”.

Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub. “Sabah” mövsümü ikinci pillədə başa vuraraq, UEFA Konfrans Liqasında iştirak hüququna yiyələnib.

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

“Neftçi” 17 ilin rekordunu təkrarlayıb

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”