Voleybol Federasiyası ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransı keçirib

Voleybol Federasiyası ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransı keçirib

Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ilin ilk altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şahin Bağırov qonaqları salamlayıb, mətbuat konfransının federasiyanın 2023-cü ilin ilk altı ayı ərzindəki fəaliyyətinə həsr olunduğunu bildirib. O qeyd edib ki, hesabatda AVF-nin bu müddətdəki fəaliyyətindən, voleybolun paytaxtla yanaşı, digər bölgələrdə də inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Həmçinin qarşıda görüləcək işlər haqqında məlumat veriləcək.

Sonra hesabat məruzəsi ilə çıxış edən Faiq Orucov ötən yarım ildə AVF-nin fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu müddətdə ölkə voleybolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, uşaq voleyboluna xüsusi diqqət ayrıldığını vurğulayıb. Uşaq və gənc voleybolunun inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəyə dəvət olunduğunu bildirib. F.Orucov təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan fəaliyyətə başlayacağını söyləyib. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını, voleybolla məşğul olan, müvafiq kriteriyalara uyğun gələn 150-yə yaxın qız və oğlanın müəyyənləşdirildiyini də əlavə edib. Onun sözlərinə görə, avqustda yenidən həmin uşaqlar arasında seçim ediləcək.

Baş katib bu ilin ilk yarısında keçirilən turnirlərdən də danışıb. Bildirib ki, Azərbaycan çempionatının 2022/2023 mövsümündə qadın və kişilər arasında həm Yüksək Liqa, həm də I Liqa yarışları baş tutub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qadınlar və kişilər arasında “Heydər Əliyev” kuboku, veteran kişi voleybolçular arasında kubok, “Heydər Əliyev-100. Voleybola dəstək marafonu” təşkil olunduğunu diqqətə çatdırıb. Məruzəçi, həmçinin 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) haqqında, bölgələrdə təşkil edilən seleksiya yarışlarından söz açıb.

Tədbirdə son mövsümdə ölkə xaricində çıxış edən və müxtəlif mükafatlar qazanan milli üzvləri haqqında məlumat verilib.

Faiq Orucov avqustda start götürəcək Avropa çempionatında iştirak edəcək qadınlardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunduğunu bildirib. Mayda türkiyəli Ataman Güneyligillə müqavilə imzalandığını söyləyən F.Orucov yığmamızın hazırda təcrübəli mütəxəssisin rəhbərliyi ilə məşqlərə davam etdiyini vurğulayıb. Həmçinin tələbə oğlanlardan ibarət millimizin Çində keçiriləcək Universiadaya hazırlıqlarından da danışıb. Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Ayşən Abduləzimova: "AVRO-2023-ə vəsiqə qazandığımız üçün hər kəsi təbrik edirəm"

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb