"Yurqorden" rəsmisi: "Musa Qurbanlı qol vurmağı sevən tipik 9 nömrədir"

"Yurqorden" rəsmisi: "Musa Qurbanlı qol vurmağı sevən tipik 9 nömrədir"

"Musa qol vurmağı və yaranan fürsətlərdən istifadə etmək üçün cərimə meydançasında qalmağı sevən tipik 9 nömrədir. O, bunu "Qarabağ"la daxili çempionatda fantastik göstərici ilə sübut edib".

"QELEBE.AZ"un məlumatına görə, bunu İsveç təmsilçisi "Yurqorden"in idman direktoru Maqnus Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferi barədə klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, 21 yaşlı hücumçu ambisiyalarını aydın dərk edən çox müdrik və məqsədyönlü futbolçudur: "Seçimində çox diqqətli davrandı. Haqqında çoxlu şayiə dolaşırdı. Bir neçə gündür Stokholmdadadır, klubla, buradakı mühitlə tanış olub. Həmçinin, "Varberq"lə son oyunumuzu izləmək imkanı qazanıb".

Klub rəsmisi gənc forvardın Stokholm təmsilçisinə keçidinin necə baş tutmasından da söz açıb: "Musa atasının baş məşqçisi olduğu "Qarabağ"da çıxış edirdi. Uzun müddət sıx dialoqumuz oldu. Hətta deyərdim ki, son mərhələ daha gərgin alındı. Burada əsas qığılcım Azərbaycan təmsilçisinin Avropa Liqasını tərk etməsi və Konfrans Liqasında "Gent"ə uduzması oldu. Biz qrupdakı hər iki matçda Belçika klubuna qalib gəlmişdik. Musa atası ilə komanda seçimini müzakirə edərkən artıq bizim haqqımızda yaxşı təsəvvürə malik idilər. Bu, ailəni "Yurqorden"in yaxşı və inkişaf edən komanda olduğuna inandırmağa kömək etdi. Onlar başa düşdülər ki, bu klub Qurbanlının gələcəkdə Avropanın daha yüksək liqalarına keçməsinə səbəb ola bilər".

Anderssonun sözlərinə görə, azərbaycanlı futbolçu "Yurqorden"də iyunun 17-də "Malmö"yə qarşı keçirəcəkləri ölkə çempionatının XVI tur oyununda debüt edəcək.

Qeyd edək ki, Musa Qurbanlı İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.

Futbol
Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

Futbol
Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Murad Musayev: "Futbolçular qələbə üçün nəzərdə tutulan mükafatı alacaqlar"

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq