Musa Qurbanlı: "Yeni komandama qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm"

Musa Qurbanlı: "Yeni komandama qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm"

"Çox xoşbəxtəm və komandaya qoşulmağı, burada oynamağı səbirsizliklə gözləyirəm. İnanıram ki, bu, böyük, uzunmüddətli və uğurlu əməkdaşlıq olacaq".

"QELEBE.AZ"un məlumatına görə, bunu İsveç "Yurqorden"inə keçən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı klubun rəsmi saytına açıqlamasında deyib.

Bir neçə gündür Stokholmda olan 21 yaşlı hücumçu yeni komandasının təlim-məşq bazası, ev oyunlarını keçirdiyi stadion, xüsusilə də azarkeşləri ilə bağlı çox yaxşı təəssüratlarının olduğunu bildirib: "Özümü çox yaxşı hiss edirəm. Məşqçilərlə, rəhbər şəxslərlə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum və ötən bazar günü matça baxdım. Təəssüratlarım əladı. "Yurqorden" haqqında bir az bilirdim, amma bura gələndən sonra müsbət fikirlər daha da artdı".

Gənc forvard "Yurqorden"ə keçidində klubun idman direktoru Maqnus Anderssonla söhbətinin də rol oynadığını söyləyib: "O, əla insandır. Futbola necə inanılmaz həvəsli olduğunu gördüm. Bunu onunla danışanda anlaya bilərsiniz. Mənə keçmiş hücumçu olduğunu söylədi. Aramızda çox yaxşı bağlar var".

Stokholm klubuna keçməzdən öncə başqa təkliflərinin də olduğunu vurğulayan Qurbanlı İsveç təmsilçisini seçməsinin səbəbini açıqlayıb: "Mənə qarşı ciddi olduqlarını və böyük maraq göstərdiklərini dərhal hiss etdim. Digər klubların heç biri bu məsələdə "Yuqorden" qədər konkret davranmadı. Bu, seçim etməyimdə vacib amilə çevrildi".

Öz oyununu da xarakterizə edən futbolçu bunları əlavə edib: "Mən tipik 9 nömrə, həmişə qol axtarışında olan hücumçuyam. Əsas istəyim fərqlənməkdir. Hətta uşaqlıqda da mümkün qədər çox qol vurmaq istəyirdim. Ona görə də həmişə gələcəyi düşünməyə və topu qapıdan keçirmək üçün cərimə meydançasına girməyə çalışıram. Eşitdim ki, "Yurqorden" mənim üslubumda hücumçu axtarır. Mentalitet güclü tərəflərimdən biridir, ona görə də mən bu rolu üzərimə götürməyə hazıram. Komandam üçün qol vurmağa başlamağı səbirsizliklə gözləyirəm".

Qurbanlı üzərində təzyiq hiss etdiyini, lakin bunun ona mane olmadığını bildirib: "Bu, məni narahat etmir, təzyiq futbolun bir hissəsidir və onsuz inkişaf edə bilməzsən. Mənim işim qol vurmaqdır və mən həmişə komandaya töhfə vermək üçün çox çalışıram. Burada yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalyıb.

Futbol
Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Futbol
“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Futbol
DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

DÇ-2022: Kanada - Mərakeş matçında 2-ci hissə start götürüb

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Millinin sabiq oyunçusu: "Yatanda da Ermənistanla matç haqqında düşünürdük"

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Çempionlar Liqası: İranlı hücumçu Messini geridə qoyub

Futbol
Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Premyer Liqa: "Şamaxı" mövsümdə ilk qələbəsini qazanıb

Futbol
"Qarabağ"ın rəqibi xal itirib

"Qarabağ"ın rəqibi xal itirib

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

“Qarabağ”ın rəqibi rumıniyalı futbolçunu transfer edir

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub