Hüseyn Məhəmmədov: Azərbaycan çempionatı Sərgən Yalçına yaddır

Hüseyn Məhəmmədov: Azərbaycan çempionatı Sərgən Yalçına yaddır

“Qarşıda Konfrans Liqasının oyunları gəlir və hazırlıq prosesində baş məşqçinin olmaması istər-istəməz çətinlik yaradacaq”.

Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Hüseyn Məhəmmədov deyib.

“Neftçi”nin sabiq qapıçısı baş məşqçisi Laurentsiu Regekampfla vidalaşdıqdan sonra yeni çalışdırıcı axtaran paytaxt təmsilçisinin avrokuboklara hazırlığı barədə fikirlərini bildirib: “Oyunun vaxtına qədər baş məşqçi təyin olunması mümkündür. Bu təyinat gerçəkləşsə, o, heyəti özünün fəlsəfəsinə, taktikasına uyğun hazırlayacaq. Potensial rəqiblər də bəllidir. Əgər təyinat gec olsa, baş məşqçinin yoxluğu oyunlara təsir edəcək. Tez bir zamanda baş məşqçi məsələsini həll edilməlidir. Avrokuboklarda yaxşı nəticə etmək istəyirlərsə, tez qərar verməlidirlər”.

Məhəmmədov bu posta namizəd olmuş türkiyəli mütəxəssislər barədə də danışıb: “Sərgən Yalçın və Hikmət Karaman tanıdığımız məşqçilərdir, yad biriləri deyil. Onlar Türkiyə Super Liqasında çalışıblar. Fikrimcə, tez bir zamanda komandaya qoşulsaydılar, məsələ həll olunsaydı, bu məşqçilər niyə də xeyir verməsinlər? Xeyir də verə bilərdilər. Amma Azərbaycan çempionatı onlar üçün yaddır. O mənada ki, bizim liqada işləməyiblər. Hər halda, əvvəllər daha yüksək səviyyəli yerli və legionerləri olmuş komandalarda çalışıblar. “Neftçi” hazırda super legionerləri olmayan komandadır. Bəlkə, onlardan biri gəlsəydi, bu addımlar atılacaqdı”.

Mütəxəssis Bakı klubu üçün ən yaxşı variantın yerli mütəxəssis olduğu qənaətindədir: “Ən yaxşısı qısa müddətdə daxili çempionatımızı tanıyan, bilən yerli məşqçinin təyin edilməsidir. Bu, daha çox xeyir verər. Zaman azdır. Yəqin ki, rəhbərlik fikirləşib qəti qərar verməlidir”.

Məhəmmədov “ağ-qaralar”ın mümkün rəqiblərinin keçiləsi komandalar olduğunu da bildirib: “Jelezniçar” və Minsk “Dinamo”su o dərəcədə güclü rəqiblər deyillər. Doğrudur, zəif gözlə də baxmaq olmaz, hər rəqibi dəyərləndirmək lazımdır. Sadəcə zaman azdır, futbolçuların tam yığılmaması, baş məşqçinin olmaması, komandanın komplektləşməməsi rəqiblərimiz üçün asanlıq yarada bilər. “Neftçi” üçün püşk uğurludur, rəqiblər top komandalar deyil. Asan da olmayacaq. Hər ikisini udmaq olar. Doğrudur, “Neftçi” tam komplektləşməyib. “Neftçi”nin baş məşqçisi olsaydı, rəqibi izləmək, analiz etmək üçün daha əlverişli şərait var. Çünki rəqiblər arasında matç Bakıdadır. Qısa zamanda bu məsələ həll olunsa, Bakıda rəqibləri izləyib, analiz edə bilərlər. Biri var oyunu videoda izləmək, biri də var canlı baxmaq. Mərhələ adlamaq üçün əlverişli imkandır. “Neftçi” üçün gözəl şansdır. Qarşıdakı günlərdə komandadakı durumun nə yerdə olduğunu da görəcəyik, biləcəyik”.

Qeyd edək ki, Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaq “Neftçi” “Jelezniçar” - “Dinamo” (Minsk) cütünün qalibi ilə görüşəcək.

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

"Neftçi"nin baş məşqçisi: "Futbolçular süni meydanda oynamaqdan qorxurlar"

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

Futbol
Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Polşa millisinin baş məşqçisi Levandovskinin telefon zəngindən sonra qovulub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub