Emin İmaməliyev: Ən çətin rəqiblər “Linkoln” kimi komandalar olur - MÜSAHİBƏ

Emin İmaməliyev: Ən çətin rəqiblər “Linkoln” kimi komandalar olur - MÜSAHİBƏ

“Qarabağ”ın veteran futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Emin İmaməliyevin apasport.az saytına müsahibəsi

- "Qarabağ" Avstriya toplanışında "Ferentsvaroş"la, daha sonra "Legiya" ilə oynadı. Üçüncü matç bu gün Sofiya MOİK-inə qarşı olacaq. Rəqib seçimlərini necə dəyərləndirərdiniz?

- Təbii ki, yaxşı rəqiblərdir. Toplanış zamanı bu cür komandalarla oynamaq yaxşıdır.

- “Qarabağ” "Ferentsvaroş"la 3:3 hesabı ilə heç-heçə oynadı, sonra isə “Legiya”ya 0:2 uduzdu. Görüşləri necə şərh edərdiniz?

- “Qarabağ” toplanışda heç-heçə edib, sonra uduzsa da, oyun baxımından yaxşı təsir bağışlayır. Bu cür oyunlarda buraxılan səhvləri düzəldib, Çempionlar Liqasında daha da yaxşı “Qarabağ” görə biləcəyik.

- “Qarabağ”ın yeni transferləri haqda yəqin ki, məlumatlısınız. Hamidu Keyta "Zirə"dən gəlib. “Çaveş”dən transfer edilən Juninyo Vieyradan isə gözləntilər yüksəkdir. Transferlər barədə fikirləriniz necədir?

- Məncə, “Qarabağ” üçün yaxşı transferlərdir. Bəli, Keytanı “Zirə”dən tanıyırıq. Juninyo da Portuqaliyadan gəlib. Fikrimcə, həm Keyta, həm də Juninyo “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır.

- Necə düşünürsünüz, "Qarabağ" daha hansı mövqeləri gücləndirməlidir və ümumiyyətlə, transferlərə yenə də ehtiyacı var?

- Bu barədə bir söz deyə bilmərəm. Çünki bunu ancaq komandanın məşqçilər korpusu qərar verəcək. Məsləhət bilsələr, yəqin ki, transferlər edəcəklər.

- “Qarabağ” 1 həftədən sonra ÇL-də ilk oyununa çıxacaq. Rəqib isə Cəbəllütariqin "Linkoln" klubudur. Səncə, püşkatma "Qarabağ" üçün uğurlu alındı?

- Çempionlar Liqasında, avrokuboklarda zəif rəqib olmur. Əksinə, belə komandalara qarşı daha da istəkli, daha hazırlıqlı olmalısan. Rəqibin zəif olduğunu fikirləşməməlisən. Elə ən çətin rəqiblər də “Linkoln” kimi komandalar olur. Amma istənilən halda, “Qarabağ”a inanırıq və ümidvaram ki, hər şey yaxşı olacaq.

- "Qarabağ" səddi keçsə, Polşa çempionu "Rakov"la qarşılaşacaq. Demək olar ki, "Qarabağ"ın 1-ci və 2-ci mərhələ üçün səddi keçilə biləcəkdir, o qədər də ağır deyil?

- Söhbət Çempionlar Liqasından gedirsə, burada ümumiyyətlə, zəif rəqib tapmaq olmur. Mərhələni keçən tərəf “Qarabağ” olacaq və bizləri sevindirəcək.

Futbol
Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
Neymar məhkəmədə ifadə verib

Neymar məhkəmədə ifadə verib

Futbol
Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

Futbol
“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

“Neftçi” Ayaz Quliyevin transferi üçün “Ximki”yə təklif göndərib

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb