Avropa Oyunları: Lunyov yarımfinalda, Camalova və Eyvazova mübarizəni dayandırıb - YENİLƏNİB
Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, təsnifat mərhələsinin (trap) 2-ci günündə çıxış edən idmançılar finala adlaya bilməyiblər.
Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub.
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada yarımfinala yüksəlib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.
İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, mərhələ adlayıb.
Yeni qaydalara əsasən, təsnifat mərhələsini ilk "8-lik"də bitirən idmançılar yarımfinala vəsiqə qazanırlar. Atıcılar bu raundda hərəsində 4 nəfər olmaqla iki qrupda mübarizə aparırlar. İlk iki sıranı tutan idmançılar finala yüksəlirlər.
Qeyd edək ki, qadın atıcılar Ülviyyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.

https://qelebe.az//uploads/photo/avropa-oyunlari-lunyov-yarimfinalda-camalova-ve-eyvazova-mubarizeni-dayandirib-yenilenib.webp











