Avropa Oyunları: Daha bir badmintonçu ardıcıl üç qələbə ilə 1/8 finala yüksəlib - YENİLƏNİB
Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.
“Report”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə ukraynalı Danilo Bosnyukdan güclü olub.
İlk iki görüşündə rəqibini 2:1 hesabı ilə üstələyən 25 yaşlı idmançı bu dəfə 2:0 (21:14, 21:19) hesablı qələbəyə sevinib.
Edi Reski Dviçayo 1/8 final mərhələsinə yüksəlib. O, bu raunddakı görüşünü iyunun 29-da keçirəcək.
Qeyd edək kİ, qadın badmintonçu Keyşa Fatimə Zəhra da yer aldığı qrupda hər üç görüşünü qələbə ilə başa vuraraq, 1/8 finala adlayıb.
Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qrup mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb.
“Report”un məlumatına görə, idmançı fərdi kateqoriyada qrupdakı son görüşündə almaniyalı Li İvonnanı üstələyib.
Rəqib ilk hissəni öndə tamamlasa da, əzmkarlıq göstərən Keyşa Fatimə Zəhra 2:1 hesablı (17:21, 21:18, 21:17) qələbə qazanıb.
Daha əvvəl qrupdakı ilk iki duelində də qalibiyyət sevinci yaşayan Azərbaycan badmintonçusu 1/8 final mərhələsinə yüksəlib. Növbəti raundun görüşü iyunun 29-da keçiriləcək.

https://qelebe.az//uploads/photo/avropa-oyunlari-daha-bir-badmintonchu-ardicil-uch-qelebe-ile-18-finala-yukselib-yenilenib.webp











