Avropa Oyunları: Azərbaycanın iki boksçusu 1/8 finalda, digəri mübarizəni dayandırıb - YENİLƏNİB - 2

Avropa Oyunları: Azərbaycanın iki boksçusu 1/8 finalda, digəri mübarizəni dayandırıb - YENİLƏNİB - 2

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq-dan yuxarı çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb.

Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçu üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

O, 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Qeyd edək ki, bu gün Abdullayevdən öncə Sərxan Əliyev (71 kq) də 1/8 finala vəsiqə qazanıb.

16:28

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Mixal Takacsla (Slovakiya) üz-üzə gəlib.

Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

16:02

Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, beşinci yarış günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn idmançı 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha 2 yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

"Vüqar Həşimov Memorialı-2022"də növbəti görüşlər keçiriləcək

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Rusiya və Belarus idmançılarının diskvalifikasiya müddəti uzadılıb

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır