Azərbaycan III Avropa Oyunlarında növbəti qızıl medalını qazanıb - YENİLƏNİB-5

Azərbaycan III Avropa Oyunlarında növbəti qızıl medalını qazanıb - YENİLƏNİB-5

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarının qalibi olub.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Zaretska ikinci dəfə Avropa Oyunlarının qalibi olub. O, Bakı-2015-də də qızıl medala sahib çıxmışdı. Titullu idmançı 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilmiş analoji yarışda isə ikinci yeri tutmuşdu.

Qeyd edək ki, bu mükafatla Azərbaycan idmançılarının III Avropa Oyunlarındakı medallarının sayı 3-ə çatıb. Hər 3 mükafatı karateçilər əldə ediblər. Daha əvvəl Tural Ağalarzadə (67 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medala yiyələnib.

19:09

Azərbaycan karateçisi Asiman Qurbanlı Polşada keçirilən III Avropa Oyunlarında finala yüksələ bilməyib.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub - 3:5.

Buna baxmayaraq, Qurbanlı bürünc medal əldə edərək, Azərbaycan komandasına Avropa Oyunlarının ikinci mükafatını qazandırıb.

Qeyd edək ki, daha əvvəl digər karateçi Tural Ağalarzadə (67 kq) yarışın qalibi olub.

18:24

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq-da çıxış edən idmançı yarımfinalda fransalı Alize Ajyeni 3:0 hesabı ilə məğlub edib.

O, qızıl medal uğrunda qarşılaşmada isveçrəli Yelena Kuiriçi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün, həmçinin, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı da yarımfinal görüşünə çıxacaq.

16:01

Azərbaycanın daha bir karateçisi Krakov-2023 III Avropa Oyunlarında medalı təmin edib.

“QELEBE.AZ”un məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı yarımfinala vəsiqə qazanmaqla bunu bacarıb.

B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gələn 31 yaşlı idmançı növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkania ilə bacarmayıb - 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən Azərbaycan karateçisi adını yarımfinala yazdırıb.

Qadınlardan isə Fəridə Əliyeva (68) qrupdakı hər üç görüşünü uduzaraq, mübarizəni dayandırıb.

14:58

Azərbaycan karateçisi Fərid Ağayev Krakov-2023 III Avropa Oyunlarında mübarizəni dayandırıb.

“QELEBE.AZ”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində yer aldığı B qrupundan yarımfinala yüksələ bilməyib.

İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnyi (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan F.Ağayev portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.

Qeyd edək ki, qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində qrupdakı hər üç görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib və minimum bürünc medalı təmin edib.

11:51

Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.

“QELEBE.AZ”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.

O, üçüncü duelində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyyətə uğradıb. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, İrina Zaretska yarımfinal görüşünə Bakı vaxtı ilə saat 18:10-da çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Alize Agier olacaq.

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Qətər Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb