AFFA-nın baş katibi: "Premyer Liqa ilə yanaşı digər iki çempionatda da idman prinsipləri qorunacaq"

AFFA-nın baş katibi: "Premyer Liqa ilə yanaşı digər iki çempionatda da idman prinsipləri qorunacaq"

"Azərbaycan Premyer Liqasında, I və II Divizionda növbəti mövsüm də idman prinsipləri qorunacaq".

Bu barədə "Report"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, bütün liqaların bir-birinə bağlı olacağını söyləyib: "Növbəti ildə hər üç çempionatı bir komanda tərk edəcək və əvəzinə yenisi gələcək. Hazırda I və II Divizionun formatı üzərində işlər davam edir. Peşəkar Futbol Liqasının rəhbərliyi ilə müzakirələr aparırıq. I Divizionda 10, II Divizionda isə 12 komanda olacaq. Artıq iştirakçılar da bəllidir. Bu gün rəsmi saytda açıqlayacağıq. II Divizionun statusu yarım-peşəkar olacaq və burada legioner futbolçuya icazə verilməyəcək. I Divizionla bağlı hələlik qərar verilməyib. Əgər icazə verilsə belə, çox az sayda olacaq. II Divizion klublarının hər birinə dəstək üçün 50 min manat nəzərdə tutulub. I Divizon üçün 300 min manat pis rəqəm deyil. Bunun dəyişdirilməsi planlaşdırılmır. Komandalar yalnız bu məbləği gözləməməlidirlər. Özləri də sponsorlar cəlb etməkdə maraqlı olmalıdırlar".

Hacıyev Premyer Liqada əvəzetmə sayı ilə bağlı da danışıb: "Daha əvvəl oyun vaxtı 5 əvəzetmənin mütləq üçü yerli, ikisi isə legioner olmalı idi. Artıq bu da aradan qaldırıldı. Beş legioneri eyni vaxtda oyuna daxil etmək olacaq".

Baş katib Premyer Liqa və Azərbaycan Kuboku matçlarının yayım hüququna görə klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsinin müzakirə olunduğunu, lakin hansısa qərarın qəbul edilmədiyini vurğulayıb: "İclasda bu məsələnin daha detallı araşdırılması tapşırıldı",

O, Region Liqası turnirinin də qalacağını sözlərinə əlavə edib: "Orada çempion komanda II Diviziona yüksələcək. Hazırda bunun da üzərində işlər gedir. Burada pley-off da gerçəkləşə bilər".

Hacıyev son olaraq Premyer Liqaya vəsiqə qazanan "Araz Naxçıvan"la danışıq aparıldığını diqqətə çatdırıb: "Klubun qarşısına stadionla bağlı müəyyən tələblər qoyulub".

Futbol
Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”